Digər xəbərlər


“ASAN xidmət” BMT Dövlət Xidməti Forumunda diqqət mərkəzində
25.06.2026

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Gürcüstanın Tbilisi şəhərində keçirilən Birləşmiş Millətlər Təşkilatının (BMT) Dövlət Xidməti Forumu çərçivəsində “Universal xidmətlərin göstərilməsinin təkmilləşdirilməsi” mövzusunda baş tutmuş nazirlər toplantısında çıxış edib.

Dövlət Agentliyinin sədri Azərbaycanda dövlət xidmətlərinin vətəndaşlar üçün daha əlçatan, şəffaf, operativ və inklüziv təşkili istiqamətində aparılan islahatlardan danışıb. O, “ASAN xidmət” modelinin vətəndaşyönümlü dövlət idarəçiliyinin inkişafında, xidmətlərə bərabər çıxış imkanlarının genişləndirilməsində, vətəndaş məmnunluğunun artırılmasında və dövlət xidmətlərinin keyfiyyətinin yüksəldilməsində mühüm rol oynadığını vurğulayıb.

Həmçinin “ASAN xidmət”də vətəndaş iştirakçılığının xüsusi rolu da vurğulanıb. Bildirilib ki, vətəndaşların rəy və təklifləri xidmətlərin təkmilləşdirilməsi, mövcud boşluqların müəyyən edilməsi və islahatların real ehtiyaclara uyğun aparılması üçün mühüm mənbə kimi istifadə olunur. Bu məqsədlə xidmət mərkəzləri, çağrı mərkəzləri, sosial media, onlayn platformalar, könüllülər tərəfindən aparılan sorğular, məmnunluq anketləri və digər kommunikasiya kanallarından istifadə edilir.

Auditoriyaya “ASAN xidmət indeksi”, Səyyar ASAN xidmət, süni intellekt əsaslı həllərin tətbiqi, eləcə də “ASAN xidmət” modelinin beynəlxalq sahədə əldə etdiyi nailiyyətlər barədə də məlumat verilib.

Toplantıda BMT Baş katibinin iqtisadi və sosial məsələlər üzrə müavini Li Junhua, eləcə də 10 ölkədən müvafiq sahə üzrə fəaliyyət göstərən dövlət qurumlarının rəhbərləri iştirak ediblər.

Bununla yanaşı Dövlət Agentliyinin nümayəndələri Forum çərçivəsində təşkil olunan müxtəlif sessiyalarda çıxış edib, "ASAN xidmət"in innovativ dövlət xidmətlərinin göstərilməsi sahəsindəki təcrübəsinə dair tədbir iştirakçılarını məlumatlandırıblar.

 


     



21.11.2025
Elvira Rüstəmova
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri
05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
 
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri



14.11.2025
Günay Şahbazova
Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasında İdarə Heyətinin Sədri
01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
 
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment