Fond birjası


Bakı Fond Birjasında “PAŞA Bank” ASC-nin səhmlərinin İlkin Kütləvi Təklifinə həsr olunmuş “Açılış Zəngi” mərasimi keçirilib
25.06.2026

24 iyun 2026-cı il tarixində Bakı Fond Birjasında “PAŞA Bank” ASC-nin səhmlərinin ilkin kütləvi təklifinə həsr olunmuş “Açılış Zəngi” mərasimi keçirilib.

Tədbirdə Bakı Fond Birjasının İdarə Heyətinin sədri Ruslan Xəlilov, PAŞA Maliyyə Holdinqin Baş İcraçı direktoru Fərid Məmmədov, PAŞA Bankın Müşahidə Şurasının sədri Şahin Məmmədov və İdarə Heyətinin sədri Cavid Quliyev, PAŞA Kapital İnvestisiya Şirkətinin Baş İcraçı Direktoru İsi Mustafayev, TBC Kapital şirkətinin İdarəedici direktoru Otar Şarikadze, eləcə də maliyyə və biznes ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbir çərçivəsində çıxış edənlər PAŞA Bankın səhmlərinin uğurlu İlkin Kütləvi Təklifinin (IPO) ölkənin kapital bazarının inkişafı baxımından əhəmiyyətini vurğulayaraq, bu hadisənin investor bazasının genişlənməsinə və bazar iştirakçılarının aktivliyinin artmasına töhfə verəcəyini qeyd ediblər.

Bakı Fond Birjasının İdarə Heyətinin sədri Ruslan Xəlilov çıxışında bildirib: "PAŞA Bankın IPO-su Azərbaycanın kapital bazarının tarixində yeni mərhələ açır. Ölkəmizdə ilk özəl şirkətin səhmlərinin kütləvi şəkildə investorlara təqdim olunması bazarın yetkinləşməsinin, investor etimadının və yeni maliyyələşmə imkanlarının göstəricisidir. Əminik ki, bu uğur digər şirkətlər üçün də nümunə olacaq və kapital bazarının inkişafına əlavə təkan verəcək."

Tədbir zamanı PAŞA Bankın Baş Maliyyə İnzibatçısı Murad Süleymanov IPO-nun yerləşdirilməsinin nəticələrinə dair təqdimatla çıxış edib və investorların iştirakı, eləcə də əldə olunan nəticələr barədə ətraflı məlumat verib.

Mərasimin sonunda Bakı Fond Birjası, PAŞA Bank, PAŞA Kapital və TBC Kapitalın nümayəndələri tərəfindən PAŞA Bank səhmlərinin təkrar bazar əməliyyatlarının başlanmasını simvolizə edən Açılış Zəngi çalınıb.

Bakı Fond Birjası regionun iqtisadi inkişafının dəstəklənməsi, emitentlərin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi və investorlar üçün etibarlı investisiya mühitinin formalaşdırılması istiqamətində fəaliyyətini davam etdirir. Birja kapital bazarının inkişafına töhfə verməklə maliyyə bazarlarının dərinləşməsini və ölkə iqtisadiyyatının dayanıqlı inkişafını dəstəkləyir.

 


     



21.11.2025
Elvira Rüstəmova
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri
05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
 
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri



14.11.2025
Günay Şahbazova
Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasında İdarə Heyətinin Sədri
01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
 
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment