Digər xəbərlər


“ASAN xidmət” Tbilisidə Dövlət Xidməti Forumunda
25.06.2026

Birləşmiş Millətlər Təşkilatının (BMT) Gürcüstanda keçirilən Dövlət Xidməti Forumunda iştirak məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Tbilisidə səfərdədir.

Səfər çərçivəsində Dövlət Agentliyinin sədri xalqımızın Ümummilli Liderinin abidəsini ziyarət edərək xatirəsini böyük ehtiramla yad edib.

Sonra Dövlət Agentliyinin sədri Dövlət Xidməti Forumunun açılış mərasimində iştirak edib.

“Dövlət institutlarının transformasiyası: İnnovasiyanın, iştirakın və inklüzivliyin inkişafı” mövzusunda keçirilən forumun açılış mərasimində Gürcüstanın Baş naziri İrakli Kobaxidze, BMT Baş katibinin iqtisadi və sosial məsələlər üzrə müavini Li Junhua və müxtəlif ölkələrin yüksək səviyyəli rəsmiləri iştirak ediblər.

Forum çərçivəsində Şri-Lankanın və Banqladeşin müvafiq sahə üzrə fəaliyyət göstərən nazirləri, eləcə də Gürcüstanın ədliyyə naziri ilə ikitərəfli görüşlər keçirilib.

Şri-Lanka və Banqladeş nümayəndələri ilə görüşlərdə "ASAN xidmət"in fəaliyyət istiqamətləri və əldə etdiyi nailiyyətlər barədə geniş təqdimat edilib. Hər iki tərəf "ASAN xidmət" modelinin öz ölkələrində tətbiqi ilə bağlı niyyətlərini bildirib.

Gürcüstanın ədliyyə naziri ilə keçirilən görüşdə isə forumun yüksək səviyyədə təşkil olunması münasibətilə təbriklər çatdırılıb, qarşılıqlı əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Dövlət Agentliyinin sədrinin Gürcüstana səfəri davam edir.

 


     



21.11.2025
Elvira Rüstəmova
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri
05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
 
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri



14.11.2025
Günay Şahbazova
Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasında İdarə Heyətinin Sədri
01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
 
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment