Digər xəbərlər


Ölkəmizdə keçirilən Biznes Liderləri Zirvəsi uğurla yekunlaşdı!
24.06.2026

23 iyun tarixində “The Ritz-Carlton Baku”da keçirilən Biznes Liderləri Zirvəsi ölkənin biznes mühitinin tanınmış simalarını, şirkət rəhbərlərini, sahibkarları və müxtəlif sektorları təmsil edən peşəkarları bir araya gətirib.












“Facemark” və “FutureBright” Şirkətlər Qrupunun birgə təşkilatçılığı ilə keçirilən zirvə liderlik, strateji inkişaf, innovasiya və dəyişən biznes mühitində uğurlu idarəetmə mövzularında fikir mübadiləsi üçün mühüm platforma rolunu oynayıb. “Qarada qırmızı” konsept mesajı ilə təşkil olunan tədbirdə 300-dən çox iştirakçı yer alıb.

Tədbirin açılış nitqləri Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov və “Speaker Agency”nin təsisçisi Esin Kasa tərəfindən edilib.

Çıxışlarda ölkədə sahibkarlığın inkişafı, liderliyin müasir biznes mühitində rolu, beynəlxalq təcrübənin əhəmiyyəti və biznes ekosisteminin gələcək perspektivləri ilə bağlı fikirlər bölüşülüb.

Zirvə “Times Consulting” şirkətinin Gold Sponsorluğu, “Sabancı University” və “Sabancı University Executive Development Unit”in (EDU) Akademik Sponsorluğu, “Markup Agency”nin dəstəyi, ASAN İnnovativ İnkişaf Mərkəzinin Təlim və İnkişaf Tərəfdaşlığı, eləcə də “Networking Azerbaijan”ın tərəfdaşlığı ilə həyata keçirilib.

Tədbirin beynəlxalq spikerləri sırasında Qlobal Siyasət Forumunun Akademik Koordinatoru və Özyeğin Universitetinin Beynəlxalq Münasibətlər üzrə mühazirəçisi Prof. Dr. Evren Balta “Yeni xəritələr, yeni qaydalar: Liderin geosiyasi kompası” mövzusunda çıxış edərək dəyişən qlobal siyasi və iqtisadi mühitdə liderlərin qarşılaşdığı çağırışları və qərarvermə prosesində geosiyasi düşüncənin əhəmiyyətini vurğulayıb.

Harvard Business Review Türkiyənin Baş redaktoru Serdar Turan “Dəyişən dünyada strateji liderlik” mövzusunda təqdimatla çıxış edərək qeyri-müəyyənlik dövründə liderlərin strateji baxışının və çevik qərarvermə qabiliyyətinin vacibliyindən danışıb.

Universum Türkiyə Lideri və Evrim Kuran Consulting şirkətinin təsisçisi Evrim Kuran “Yeni nəsil liderlik” mövzusunda çıxış edərək yeni nəslin iş dünyasından gözləntiləri, təşkilatlarda dəyişən liderlik anlayışı və gələcəyin liderlik modelləri barədə fikirlərini bölüşüb.

Süni intellekt və marketinq transformasiyası üzrə ekspert Yüce Zerey “Süni intellektlə uyğunlaşmanın hansı mərhələsindəsiniz?” mövzusu ilə çıxış edərək iştirakçılara süni intellekt dövründə rəqabət üstünlüyü əldə etməyin yolları barədə məlumat verib.

“FutureBright” Şirkətlər Qrupunun təsisçisi Akan Abdula “Süni intellekt və texnologiyanın biznesə təsiri” mövzusunda təqdimatla çıxış edərək innovasiya, texnologiya və süni intellektin bizneslərin gələcəyində oynadığı rolu iştirakçıların diqqətinə çatdırıb.

Sabancı Universitetinin Sənət və Sosial Elmlər Fakültəsinin müəllimi, Universitetin Təməl İnkişaf Proqramının direktoru Dr. Emre Erol isə qlobal dəyişikliklərin cəmiyyətlərə, təşkilatlara və liderlik yanaşmalarına təsiri barədə dəyərli fikirlərini bölüşüb.

Zirvənin moderatoru olan “FutureBright” Şirkətlər Qrupunun Azərbaycan üzrə ölkə direktoru Könül Əliyeva tədbir boyunca müzakirələrin dinamik və interaktiv şəkildə aparılmasını təmin edərək spikerlərlə iştirakçılar arasında səmərəli dialoqun qurulmasına şərait yaradıb. Sual-cavab formatlı davam edən sessiya iştirakçılar üçün faydalı olub.

Biznes Liderləri Zirvəsi iştirakçılar üçün yeni biliklər qazanmaq, beynəlxalq təcrübələrlə tanış olmaq, peşəkar əlaqələr qurmaq və gələcəyin biznes çağırışlarını müzakirə etmək baxımından əhəmiyyətli platforma kimi yadda qalıb.


     



21.11.2025
Elvira Rüstəmova
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri
05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
 
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri



14.11.2025
Günay Şahbazova
Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasında İdarə Heyətinin Sədri
01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
 
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment