Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 23 iyun 2026-cı il tarixli Sərəncamına əsasən, dövlət qulluğunda səmərəli fəaliyyətlərinə görə bir sıra şəxslər təltif olunublar.
Təltif edilənlər arasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 10 nəfər əməkdaşı da var.
Sərəncama əsasən, Nazirliyin əməkdaşları – Azər Rəhimov, Tofiq Məmtiyev, Sevinc Məmmədova, Səidə Hüseynova, Müşfiq Səttarzadə, Fidan Həsənova, Ceyhun Qurbanov, Tural Abbasov, Ramil Hüseynov və Anar Əliyev dövlət qulluğunda səmərəli fəaliyyətlərinə görə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif ediliblər.