Banklar


PAŞA Bank Türk Hava Yolları ilə eksklüziv əməkdaşlıq müddətini uzatdı
23.06.2026

PAŞA Bank dünyanın ən böyük aviaşirkətlərindən biri olanTürk Hava Yolları ilə eksklüziv əməkdaşlığını uzatmaq məqsədilə yeni müqaviləyə imza atıb.

Bank 2019-cu ildə ölkədə ilk dəfə olaraqTürk Hava Yolları ilə ko-brendinq formatında “Miles&Smiles” kartlarını müştərilərin ixtiyarına vermişdir. Məhsul ölkədə nağdsız hesablaşmaların və elektron ödəniş xidmətlərindən istifadəni artırmaq üçün bazara çıxarılmışdır.

Kart sahibləri ölkə daxili və beynəlxalq ödənişlər edərkən mil qazanır. Bundan əlavə, tərəfdaş şəbəkəsində edilən ödənişlər sayəsində də əlavə millər toplamaq mümkündür.

Kartların əsas üstünlüklərinə daxildir:

Yeni müştərilərə “xoş gəldin” milləri təqdim olunur;

Kart balansındakı qalıq vəsait əsasında aylıq millər verilir;

Ad günü, ondan əvvəlki və sonrakı günlərdə ikiqat millər qazanmaq imkanı;

Çatbot konsyerj xidmətindən istifadə;

Toplanan millərin PAŞA Bank mobil tətbiqi vasitəsilə asanlıqla izlənilməsi;

Millərin “THY” mobil tətbiqindən rahatlıqla uçuş biletinə çevrilməsi;

“Lounge Key” biznes zallarına pulsuz girişi mkanı;

Partnyorların 1000-dən çox satış nöqtəsində əlavə millər qazanması imkanı;

“Fast track” xidmətindən yararlanmaq fürsəti;

Səyahət sığortası;

İstənilən zaman bilet əldə etmək və milləri 3 il müddətində istifadə fürsəti;

Hava limanından pulsuz transfer xidməti və s.

Kartlar “Miles&Smiles PAŞA Bank” Platinum, Black, Signature, Elite və Infinite növlərində təqdim olunur və müştərilərə həyat tərzinə və ehtiyaclarına uyğun müxtəlif səviyyələrdə səyahət üstünlükləri, mil qazanma imkanları və premium bank xidmətləri təqdim edir. Kartların bütün üstünlükləri və tarifləri haqqında daha ətraflı məlumat əldə etmək üçün linkə keçid edin.


     



21.11.2025
Elvira Rüstəmova
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri
05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
 
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri



14.11.2025
Günay Şahbazova
Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasında İdarə Heyətinin Sədri
01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
 
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment