Bakcell qlobal MMA təşkilatı UFC-nin Bakıda keçiriləcək turnirinin əsas tərəfdaşı qismində unudulmaz döyüş həyəcanını Azərbaycan azarkeşlərinə təqdim edəcək. Milli Gimnastika Arenasında baş tutacaq tədbirdə UFC-nin tanınmış döyüşçüləri, o cümlədən Azərbaycanı təmsil edən idmançılar oktaqona çıxacaqlar.
27 iyuntarixindəBakıdakeçiriləcəkUFC turnirininmaraqlagözlənilənqarşılaşmalarındanbirindəAzərbaycanıtəmsiledənFərman Həsənov ABŞ təmsilçisi Erik Nolanla üz-üzəgələcək. Gecəninəsasdöyüşündə Rafael Fiziyev yüngülçəkidə Manuel Torreslə qarşılaşacaq. Gecəninikinciəsasdöyüşündəisə “Shara Bullet” ləqəbliŞara Maqomedov Mişel Pereyra ilədöyüşəcək.
Bakcell-in dəstəyi ilə keçirilən tədbir yerli və xarici azarkeşlərə yüksəksəviyyəli idman həyəcanı yaşadacaq. “Bakcell səni qələbəyə çağırır” mesajını ön plana çıxaran şirkət bu tərəfdaşlıqla döyüş ruhunu, qətiyyəti və qalibiyyət əzmini təşviq edir.
Qeyd edək ki, Bakcell artıq ikinci ildir ki, qlobal MMA təşkilatı UFC-nin Azərbaycanda keçirilən turnirinə dəstək verir. Qlobal miqyasda milyonlarla azarkeşi bir araya gətirən UFC dünyanın ən populyar idman təşkilatlarından biri hesab olunur.
Bakcell haqqında
Bakcell Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda şirkət üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biri olan Bakcell süni intellekt əsaslı innovativ həllərlə Azərbaycanın dayanıqlı inkişafına töhfə verir.
Bakcell müxtəlif ölkələrdə və sahələrdə fəaliyyət göstərən NEQSOL Holding beynəlxalq şirkətlər qrupunun tərkibində olan Azerconnect Group-a daxildir.