Digər xəbərlər


İnvestisiya Portalı: sahibkarları və investorları bir platformada birləşdirən dəstək aləti
23.06.2026

İnvestisiya Portalı ilə bağlı sahibkarları və investorları maraqlandıran sualları KOBİA cavablandırdı. 

Kiçik və orta biznes (KOB) subyektlərinin maliyyə resurslarına çıxışının genişləndirilməsi və investisiya imkanlarının artırılması önəmlidir.Bu istiqamətdə KOB-lara dəstək məqsədilə müxtəlif platformlar və dəstək alətləri mövcuddur. Bunlardan biri də 2022-ci ildə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən yaradılmış İnvestisiya Portalıdır (invest.smb.gov.az). 

Portal Azərbaycanda KOB-ların investisiya imkanlarını və maliyyə resurslarına çıxışını genişləndirmək məqsədilə yaradılıb.Portalın yaradılmasında məqsəd  yerli  biznes subyektləri ilə daxili və xarici investorlar arasında körpüyaradılmasıdır. İnvestisiya axtarışında olan və ya hazır bizneslərini satmaq istəyən biznes subyektləri öz layihələrini və biznes təkliflərini bu platforma vasitəsilə geniş investor auditoriyasına təqdim edə bilərlər.

Portalın üstünlükləri

Bu platforma vəsaitlərini perspektivli layihələrə investisiya edərək yüksək gəlir əldə etmək istəyən həm fərdi, həm də institusional investorlar üçün fürsət yaradır. Belə ki, investorlar platformaya daxil olaraq maraqlarına uyğun layihələri rahatlıqla seçə bilirvə beləliklə layihənin axtarışına sərf etdikləri vaxta qənaət etmiş olurlar. İnvestorlar portalda yerləşdirilmiş layihələrə yatırım etməklə həm də KOB-ların layihələrini dəstəkləyir, onların inkişafına, yeni məhsul və xidmətlərin yaranmasına dəstək göstərə bilərlər. Portal investorlara layihə sahibləri ilə birbaşa əlaqə yaratmaq və əlavə məlumat əldə etmək, eləcə də əməkdaşlıq imkanlarını müzakirə etmək imkanı yaradır. Portal xarici investorlara Azərbaycanın müxtəlif iqtisadi sahələrində həyata keçirilən biznes təşəbbüsləri ilə tanış olmaqla perspektivli layihələrə sərmayə yatırmaq fürsəti yaradır. 

İnvestisiya Portalının istifadəçi və layihə bazası genişlənir

Portal Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olan bütün fəaliyyət istiqamətləri üzrə layihələrin yerləşdirilməsi üçün açıqdır.İndiyədək portala 173 layihəyerləşdirilib.Bu layihələrdən 147-si investisiyaların cəlb edilməsi, 4-ü investisiya təklifi, 22-si isə hazır biznesin satışı ilə bağlıdır. Sözügedən layihələr kənd təsərrüfatı, sənaye, xidmət, istehsal və digər istiqamətləri əhatə edir.

Bugünədək1300-dən çox sahibkar, investor və startap müvafiq layihələrlə tanış olmaq,layihəsini portalda yerləşdirmək üçün invest.smb.gov.azsaytında qeydiyyatdan keçib. Son bir ildə portalı ziyarət edənlərin sayı 29000-ü ötüb. 

Startaplar portaldan niyə istifadə etməlidirlər?

İnvestisiya Portalı startaplar üçün də yeni maliyyələşmə imkanları yaradır. İnnovativ biznes ideyalarına malik startaplar öz layihələrini platformada yerləşdirməklə onları geniş investor auditoriyasına təqdim edə, potensial investorların diqqətini cəlb edə və layihələrinin inkişafı üçün zəruri maliyyə dəstəyi əldə etmək imkanı qazana bilərlər. Bu baxımdan portal startapların bazara çıxışını asanlaşdıran, onların böyüməsinə və kommersiyalaşmasına dəstək verən əhəmiyyətli alətlərdən biri kimi çıxış edir.

Layihəmi portala necə yerləşdirim?

Layihələr portala sahibkarlar, investorlar və startapların özləri tərəfindən yerləşdirilir. Bunun üçün portalda qeydiyyatdan keçmək və müvafiqməlumatları daxil etmək lazımdır. Agentliyin bu prosesdə diqqət etdiyi əsas məqamtələb olunan müvafiq məlumatların tam və doğru yerləşdirilməsi, biznes planın mövcudluğu, layihənin dəyəri ilə tələb olunan investisiya məbləğinin uyğunluğu, layihənin gözlənilən gəlirliliyi və bu kimi investorların marağına səbəb olacaq digər məlumatların portalda düzgün əks olunmasıdır. 

Portaldan istifadə etmək üçün ödəniş tələb olunmur. Layihələrin portala yerləşdirilməsi prosesi sadə və rahatdır.Portaldan istifadə ilə bağlı əlavə sualları yaranan sahibkarlar və startaplar KOBİA-nın 131 Çağrı Mərkəzinə müraciət edə bilərlər.

İnvestisiya Portalında məlumatların təhlükəsizliyi və məxfiliyinin qorunmasına xüsusi diqqət yetirilir. Layihə sahibləri portalda paylaşacaqları məlumatların həcmini özləri müəyyənləşdirir, kommersiya sirri təşkil edən və ya həssas hesab etdikləri məlumatları açıqlamadan layihələri barədə ümumi məlumat təqdim edə bilərlər. İnvestorlarla əlaqələrin qurulması layihə sahibinin razılığı və təqdim etdiyi əlaqə məlumatları əsasında həyata keçirilir. 

Portal investorlar və layihə sahibləri arasında əlaqələrin qurulması üçün platforma rolunu oynayır. Tərəflər arasında aparılan danışıqlar, əldə olunan razılaşmalar, əməkdaşlıq şərtləri və yatırılan investisiyanın həcmi isə onların öz aralarında müəyyənləşdirilir və üçüncü tərəf prosesə qarışmır. 


     



21.11.2025
Elvira Rüstəmova
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri
05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
 
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri



14.11.2025
Günay Şahbazova
Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasında İdarə Heyətinin Sədri
01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
 
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment