Biləsuvar Gömrük İdarəsində sahibkarlarla görüş keçirilib.
Görüşdə gömrük sistemində həyata keçirilən təkmilləşdirilmələr, tətbiq edilən yeniliklər, eləcə də “Azərbaycan Respublikasının gömrük orqanlarında hüquqpozmaların profilaktikası üzrə fəaliyyətin təşkilinə dair” Metodika barədə məlumat verilib.
Bununla yanaşı, sahibkarlara gömrük-biznes anketlərinin doldurulması qaydası ətraflı izah olunub, onların sualları cavablandırılıb, rəy və təklifləri dinlənilib.