Digər xəbərlər


Bakıda tarixi mərhələ: 2026-cı il İslam İnkişaf Bankı Qrupunun İllik Toplantıları 6 milyard ABŞ dolları məbləğində maliyyələşdirmə sazişlə
22.06.2026

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ali himayəsi altında keçirilən İslam İnkişaf Bankı (İİB) Qrupunun 2026-cı il İllik Toplantıları iyunun 19-da Bakıda uğurla başa çatıb. “Dayanıqlı rifah naminə regional inteqrasiya” devizi altında keçirilən tədbir İİB Qrupuna üzv ölkələrin əməkdaşlığının inkişafı baxımından mühüm mərhələnin əsasını qoyub. Toplantıların yekunu olaraq 10 üzv dövlət, regional institutlar və özəl sektordakı tərəfdaşlarla ümumi dəyəri 6 milyard ABŞ dolları olan 67 sazişin imzalanması rəsmiləşdirilib.

Dörd gün davam edən İllik Toplantılar 78 ölkədən 4400-dən artıq iştirakçını, o cümlədən 46 təşkilat rəhbərini, siyasətçiləri, inkişaf sahəsi üzrə mütəxəssisləri, özəl sektor liderlərini və akademik dairələrin nümayəndələrini bir araya gətirib. Tədbir çərçivəsində ticarət, energetika, ərzaq təhlükəsizliyi, rəqəmsal transformasiya, əlaqəlilik, iqlim dəyişikliyinə qarşı mübarizə və özəl sektorun inkişafı kimi həlledici qlobal çağırışlara həsr olunmuş 32 yüksək səviyyəli görüş və bilik mübadiləsi sessiyası təşkil olunub.

İllik Toplantılar Azərbaycan Respublikasının iqtisadiyyat naziri, İİB-nin Müdirlər Şurasının sədri Mikayıl Cabbarovun və İİB Qrupunun sədri Məhəmməd Əl-Casirin həmsədrliyi ilə keçirilən yekun mətbuat konfransı ilə başa çatıb.

Mikayıl Cabbarov yekun nitqində Prezident İlham Əliyevə İllik Toplantılara göstərdiyi himayədarlığa və hərtərəfli dəstəyə görə dərin minnətdarlığını bildirərək, bunun Azərbaycanın çoxtərəfli əməkdaşlığa və İİB Qrupuna üzv dövlətlər arasında ortaq rifahın təşviqinə sadiqliyinin bariz nümunəsi olduğunu vurğulayıb. O, eyni zamanda, Məhəmməd Əl-Casirə tərəfdaşlığı üçün təşəkkürünü bildirib və qeyd edib ki, “Dayanıqlı rifah naminə regional inteqrasiya” devizi Azərbaycanın regionlar, bazarlar və mədəniyyətlər arasında birləşdirici körpü olmaq məqsədi ilə tam uyğunluq təşkil edir.

Bakıda keçirilən 2026-cı il İllik Toplantılarının nəticələrini qiymətləndirən iqtisadiyyat naziri, İİB-nin Müdirlər Şurasının sədri Mikayıl Cabbarov Qarabağ Suvarma Kanalının Yenidən Qurulması layihəsi çərçivəsində İİB ilə Azərbaycan Respublikası arasında imzalanmış 436 milyon ABŞ dolları dəyərindəki maliyyələşdirmə sazişinin önəmini vurğulayıb. Layi su təhlükəsizliyini gücləndirəcək, kənd təsərrüfatının dirçəlişinə təkan verəcək və regionda uzunmüddətli, dayanıqlı həyat şəraitinin təmin edilməsi üçün möhkəm zəmin yaradacaq transformativ investisiya kimi səciyyələndirilib.

İİB Qrupunun sədri Məhəmməd Əl-Casir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə Toplantılara göstərdiyi ali himayəyə, habelə Azərbaycan hökumətinə və xalqına qonaqpərvərlik və yüksək təşkilatçılığa görə dərin minnətdarlığını ifadə edib. Əl-Casir, eyni zamanda Prezident İlham Əliyev tərəfindən nüfuzlu "Dostluq" ordeni ilə təltif olunmasından böyük qürur duyduğunu vurğulayaraq, bunu bütün İİB Qrupu əməkdaşlarının fədakarlığına və zəhmətinə verilən yüksək qiymət kimi dəyərləndirib. O, həmçinin İİB-nin Müdirlər Şurasının sədri Mikayıl Cabbarovun müzakirələri praktiki nəticələrə doğru yönləndirən rəhbərliyini yüksək qiymətləndirib.

Bununla yanaşı, İİB Qrupunun sədri üzv dövlətlərin müdirləri, icraçı direktorlar, tərəfdaşlar və nümayəndə heyətlərinin bu tədbirə verdikləri töhfələri, habelə tədbirin uğurla həyata keçməsinə zəmin yaradan İİB Qrupu əməkdaşlarının və təşkilatçıların fədakarlığını xüsusi qeyd edib.

Media nümayəndələrinə müraciət edən Əl-Casir diqqətə çatdırıb ki, toplantıların nəticələri strateji hədəflərlə əməliyyatların icrası arasında mövcud olan güclü uzlaşmanı əks etdirir. O, Bakıda imzalanmış sazişlərin İİB Qrupunun üzv dövlətlər miqyasında yüksək təsirli inkişaf həlləri təqdim etmək əzmini bir daha təsdiqlədiyini vurğulayıb.

O həmçinin qeyd edib ki, İİB doqquz üzv dövlətdə əlaqəlilik, enerji təhlükəsizliyi, qida sistemləri, İslam maliyyəsi, iqlim dəyişikliyinə qarşı dayanıqlılıq və bir sıra Dayanıqlı İnkişaf Məqsədlərini (DİM) gücləndirəcək doqquz transformativ layihə üçün 2,8 milyard ABŞ dolları dəyərində yeni maliyyələşdirmə paketini təsdiqləyib.

İİB Qrupunun sədri bildirib ki, builki toplantılar İİB Qrupunun 2026–2035-ci illəri əhatə edən Strateji Çərçivəsinin və Beşillik Korporativ Strategiyalarının (2026–2030) icrası prosesində dönüş nöqtəsi rolunu oynayır. O, Bakı toplantılarının strateji istiqamətlərin müəyyənləşdirilməsindən konkret icra və ölçülə bilən təsir mərhələsinə keçidi əks etdirdiyini xüsusi vurğulayıb.

Aparılan müzakirələr iqtisadi dayanıqlılıq, ortaq rifah və davamlı inkişafın hərəkətverici qüvvəsi qismində regional inteqrasiyanın müstəsna əhəmiyyətini ön plana çəkib. İştirakçılar transsərhəd əlaqələrə yatırılan investisiyaların sürətləndirilməsi, dəyər zəncirlərinin möhkəmləndirilməsi və dəyişən inkişaf çağırışlarına cavab vermək üçün innovativ maliyyələşdirmə həllərinin genişləndirilməsinin zəruriliyini vurğulayıblar.

2026-cı il İllik Toplantılarının yekununda İİB Qrupu tərəfdaşlıq əlaqələrinin daha da gücləndirilməsi, maliyyələşdirmənin həcminin artırılması və üzv dövlətlərdəki icmaların həyat səviyyəsini əhəmiyyətli dərəcədə yaxşılaşdıracaq konkret nəticələrin əldə edilməsi istiqamətində qətiyyətli mövqeyini bir daha təsdiqləyib.

Növbəti İİB Qrupunun İllik Toplantıları Burkina Fasonun sədrliyi ilə Səudiyyə Ərəbistanı Krallığının Ciddə şəhərində keçiriləcək. Beləliklə, bu tədbir bir daha inkişaf üzrə tərəfdaşları və həmkarları ortaq inkişaf məqsədlərinin irəlilədilməsi naminə bir araya gətirəcək.

 


     



21.11.2025
Elvira Rüstəmova
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri
05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
 
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri



14.11.2025
Günay Şahbazova
Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasında İdarə Heyətinin Sədri
01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
 
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment