Digər xəbərlər


Sahibkarlar Çin Beynəlxalq Xidmətlər Ticarəti Sərgisinə dəvət olunurlar
22.06.2026

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Çin Xalq Respublikasının Pekin şəhərində 2026-cı ilin 9-13 sentyabr tarixlərində keçiriləcək Çin Beynəlxalq Xidmətlər Ticarəti Sərgisinə (“CIFTIS 2026”) vahid ölkə stendində iştirak üçün ixracatçıların müraciətlərinin qəbulunu elan edir.

Vahid ölkə stendində iştirak edəcək ixracatçıların maksimum sayı: 10 şirkət.

İştirakçılar müsabiqə əsasında seçiləcək.

Sərginin əhatə etdiyi sahələr (məhsullar): informasiya və kommunikasiya texnologiyaları (İKT) və rəqəmsal xidmətlər, maliyyə və sığorta xidmətləri, tikinti və mühəndislik xidmətləri, turizm və mədəniyyət xidmətləri, logistika, nəqliyyat və təchizat zəncirinin idarə edilməsi üzrə xidmətlər, yaşıl enerji həlləri və ekoloji xidmətlər, eləcə də digər biznes və peşəkar xidmət sahələri. 

Müsabiqənin təşkilatçısı: İqtisadiyyat Nazirliyi –  Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO.

Müsabiqə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 31 oktyabr tarixli 470 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dəstək tədbirlərində iştirak edəcək ixracatçıların seçilməsi üçün müsabiqənin təşkili və keçirilmə Qaydası” əsasında 13 avqust 2026-cı il tarixində AZPROMO-da təşkil olunacaq.

Seçim meyarları:

ixracatçının nümayiş olunacaq xidmətlər üzrə istehsal potensialı – 10 bal;

nümayiş olunacaq xidmətlərin hədəf ölkəyə ixrac potensialı – 10 bal;

sahibkarın əvvəllər ixrac təcrübəsinin olub-olmaması (ixrac etdiyi xidmətlərin dəyərini göstərməklə) – 5 bal;

Meyarların cəmi üzrə minimum keçid balı – 20 bal.

Vahid ölkə stendində iştirak etmək üçün AZPROMO-ya aşağıdakı sənədlər təqdim edilməlidir:

Ərizə;

dəstək tədbirində iştirakla bağlı Şərtlər;

sahibkarın ixrac potensialı və əvvəllər ixrac təcrübəsinin olmasına dair sənədlər və ya məlumatlar;

son birillik dövriyyə və vergi borcu barədə vergi orqanından alınmış arayış və ya arayışlar;

bank hesabından çıxarış (ərizənin təqdim olunduğu əvvəlki 365 gün ərzində həyata keçirilmiş əməliyyatlar göstərilməklə).

Sənədlər aşağıdakı ünvan üzrə 3 avqust 2026-cı il tarixinədək təqdim olunmalıdır: Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi –  AZPROMO, Bakı Biznes Mərkəzi, Neftçilər pr. 32, Bakı, AZ1000.


Əlavə məlumat üçün:

Kənan Müzəffərli

Tel: (+994 12) 598-01-47/48 (daxili - 3616);

E-mail: kanan.muzaffarli@azpromo.gov.az


     



21.11.2025
Elvira Rüstəmova
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri
05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
 
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri



14.11.2025
Günay Şahbazova
Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasında İdarə Heyətinin Sədri
01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
 
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment