Digər xəbərlər


Maliyyə naziri Sahil Babayev Rumıniya nümayəndə heyəti ilə tərəfdaşlıq və iqtisadi əməkdaşlıq məsələlərini müzakirə edib
19.06.2026

Maliyyə naziri Sahil Babayev Rumıniya nümayəndə heyəti ilə tərəfdaşlıq və iqtisadi əməkdaşlıq məsələlərini müzakirə edib

İyunun 18-də Azərbaycan Respublikasının maliyyə naziri Sahil Babayev ölkəmizdə səfərdə olan Rumıniya Prezidentinin xarici siyasət və milli təhlükəsizlik məsələləri üzrə müşaviri Marius Lazurkanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə Azərbaycan ilə Rumıniya arasında strateji tərəfdaşlıq münasibətlərinin inkişafı, regional əməkdaşlıq, enerji təhlükəsizliyi, iqtisadi əlaqələrin genişləndirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

Nazir Sahil Babayev iki ölkə arasında münasibətlərin strateji əməkdaşlıq, qarşılıqlı etimad və dostluq prinsiplərinə əsaslandığını bildirərək, Rumıniyanın Azərbaycanın Avropa İttifaqındakı ən yaxın tərəfdaşlarından biri olduğunu qeyd edib. Nazir, həmçinin, Rumıniyanın Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə göstərdiyi davamlı dəstəyi yüksək qiymətləndirib.

Enerji sahəsində əməkdaşlıq məsələlərinə toxunan nazir Rumıniyanın Azərbaycan təbii qazını idxal edən ölkələr sırasında yer aldığını qeyd edərək, Avropanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsində və enerji mənbələrinin şaxələndirilməsində Azərbaycanın etibarlı tərəfdaş kimi mühüm rol oynadığını bildirib. Xüsusilə, Xəzər–Qara dəniz–Avropa Yaşıl Enerji Dəhlizi layihəsinin strateji əhəmiyyəti vurğulanaraq, onun uzunmüddətli enerji əməkdaşlığının gücləndirilməsinə və yaşıl keçid hədəflərinin dəstəklənməsinə xidmət edəcəyi diqqətə çatdırılıb.

Eyni zamanda, S.Babayev ölkəmizdə dövlət maliyyəsinin idarə olunması sahəsində aparılan islahatlar barədə məlumat verib, fiskal idarəetmə, dövlət maliyyə sisteminin təkmilləşdirilməsi, dövlət xidmətlərinin rəqəmsallaşdırılması, eləcə də Avropa İttifaqının qabaqcıl islahat təcrübələrinin öyrənilməsi istiqamətində Rumıniya ilə ekspertlər səviyyəsində əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu bildirib.

Görüşdə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən bərpa və yenidənqurma işləri də diqqət mərkəzində olub. Mina təhlükəsinin postmünaqişə dövrünün əsas humanitar çağırışlarından biri olduğu qeyd olunaraq, humanitar minatəmizləmə fəaliyyətinin təhlükəsiz qayıdışın təmin olunması, iqtisadi dirçəliş və regional bağlantı layihələrinin icrası baxımından həlledici əhəmiyyət daşıdığı vurğulanıb.

Öz növbəsində, Marius Lazurka Azərbaycan ilə Rumıniya arasında strateji tərəfdaşlıq münasibətlərinin yüksək səviyyədə inkişafından məmnunluğunu ifadə edib, siyasi dialoqun dərinləşdirilməsinin, iqtisadi əməkdaşlığın genişləndirilməsinin və regional bağlantıların inkişaf etdirilməsinin vacibliyini qeyd edib. O, Xəzər və Qara dəniz regionları arasında əlaqələrin möhkəmləndirilməsində hər iki ölkənin rolunu və Orta Dəhlizin Asiya ilə Avropa arasında etibarlı nəqliyyat marşrutu kimi əhəmiyyətini yüksək qiymətləndirib.

Görüş zamanı, həmçinin, logistika, infrastruktur, rəqəmsal texnologiyalar, istehsal və bərpa olunan enerji sahələrində əməkdaşlığın genişləndirilməsi ətrafında geniş fikir mübadiləsi aparılıb.

 


     



21.11.2025
Elvira Rüstəmova
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri
05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
 
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri



14.11.2025
Günay Şahbazova
Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasında İdarə Heyətinin Sədri
01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
 
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment