Digər xəbərlər


Maliyyə Nazirliyində “Birinci Abu-Dabi Bankı”nın nümayəndə heyəti ilə görüş keçirilib
19.06.2026

Maliyyə Nazirliyində “Birinci Abu-Dabi Bankı”nın nümayəndə heyəti ilə görüş keçirilib

İyunun 18-də Azərbaycan Respublikası maliyyə nazirinin birinci müavini Anar Kərimov “Birinci Abu-Dabi Bankı”nın nümayəndə heyəti ilə görüşüb.

Görüşdə Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında iqtisadi və maliyyə əməkdaşlığının mövcud vəziyyəti və inkişaf perspektivləri, investisiya resurslarının genişləndirilməsi, strateji infrastruktur layihələrinin maliyyələşdirilməsi, dayanıqlı inkişaf, yaşıl maliyyə, rəqəmsal transformasiya və kapital bazarları sahələrində əməkdaşlıq imkanları müzakirə olunub.

Anar Kərimov iki ölkə arasında əlaqələrin son illərdə dinamik şəkildə inkişaf etdiyini vurğulayaraq, BƏƏ-nin Azərbaycanın Körfəz regionunda əsas strateji tərəfdaşlarından biri olduğunu bildirib. Ölkəmizdə həyata keçirilən iqtisadi islahatlar barədə məlumat verən maliyyə nazirinin birinci müavini Azərbaycanın güclü makroiqtisadi əsaslara, dayanıqlı fiskal çərçivəyə və dövlət borcunun səmərəli idarəetmə sisteminə malik olduğunu qeyd edib. O, iqtisadiyyatın şaxələndirilməsi, strateji infrastrukturun inkişafı, investisiya mühitinin yaxşılaşdırılması və özəl sektorun təşviqi istiqamətində ardıcıl islahatların həyata keçirildiyini diqqətə çatdırıb.

Eyni zamanda, A.Kərimov Azərbaycanın beynəlxalq maliyyə institutları ilə əməkdaşlığa xüsusi önəm verdiyini bildirərək, bu əməkdaşlığın yalnız maliyyə resurslarının cəlb edilməsi ilə məhdudlaşmadığını, həm də qabaqcıl beynəlxalq təcrübənin və innovativ maliyyə həllərinin ölkəyə inteqrasiyasına xidmət etdiyini vurğulayıb.

Öz növbəsində, Bankın İdarəedici direktoru Fawaz Abusneineh Azərbaycanla əməkdaşlığın inkişafından məmnunluğunu ifadə edərək, ölkədə aparılan iqtisadi islahatların, əlverişli investisiya mühitinin və regional iqtisadi əlaqələrin genişlənməsinin yeni əməkdaşlıq imkanları yaratdığını bildirib. O, strateji infrastruktur, dayanıqlı maliyyə, kapital bazarları və innovativ maliyyə həlləri istiqamətlərində Azərbaycanla əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını bildirib.

Görüş zamanı, həmçinin nəqliyyat və logistika infrastrukturunun inkişafı, beynəlxalq maliyyə və investisiya axınlarının təşviqi, eləcə də Azərbaycan ilə Körfəz regionu arasında maliyyə əməkdaşlığının daha da genişləndirilməsi perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

 


     



21.11.2025
Elvira Rüstəmova
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri
05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
 
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri



14.11.2025
Günay Şahbazova
Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasında İdarə Heyətinin Sədri
01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
 
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment