Digər xəbərlər


"ASAN xidmət"in "INNOLAND" mərkəzi beynəlxalq proqramın tərəfdaşlıq statusunu qazanıb
18.06.2026

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi "AWS Activate" Provider" ("AWS Activate" startap dəstək proqramının rəsmi tərəfdaşı) statusu əldə edib. Bu naliyyət dünyanın aparıcı bulud texnologiyaları şirkəti olan "Amazon" ilə əməkdaşlıq çərçivəsində reallaşıb.

"INNOLAND"in bu cür beynəlxalq statusu əldə etməsi Azərbaycanın startap ekosisteminin beynəlxalq innovasiya məkanına inteqrasiyasına, yerli innovasiya təşəbbüslərinin qlobal bazarlara çıxışının genişlənməsinə töhfə verir.

Belə ki, "INNOLAND"in rezident startapları qlobal səviyyəli texnologiya resurslarında inkişaf proseslərini daha sürətli, səmərəli şəkildə həyata keçirəcəklər.

"Amazon"un qlobal təşəbbüsü olan proqram innovativ startapların inkişafını dəstəkləmək məqsədilə yaradılıb və bulud xidmətlərindən istifadə üçün kreditlər, texniki dəstək, təlim resursları və biznes inkişafı imkanlarından yararlanmaq mümkündür.

Əməkdaşlıq nəticəsində "INNOLAND" iştirakçıları və rezidentləri proqrama müraciət etməklə əldə edilmiş 10000 ABŞ dollarınadək kreditdən 2 il müddətində yararlana bilirlər. Kreditləri şirkətin qabaqcıl generativ süni zəka platforması olan "Amazon Bedrock" xidmətləri üçün də istifadə etmək olar. Platforma üzərindən "Anthropic Claude" , "Meta Llama" və digər qabaqcıl generativ süni zəka modelləri ilə innovativ məhsulların daha sürətli hazırlanması, sınaqdan keçirilməsi və bazara çıxarılması imkanları mövcuddur.

Bu imkan xüsusilə süni zəka, məlumat analitikası, "SaaS", "FinTech", "GovTech" və digər innovativ texnologiya sahələrində fəaliyyət göstərən startaplar üçün mühüm üstünlüklər yaradır. Onlar "AWS Activate" kreditləri vasitəsilə bulud infrastrukturu, məlumat bazaları, hesablama resursları və süni zəka xidmətlərindən yararlana bilirlər.

Bu çərçivədə şirkətin qlobal ekspert şəbəkəsinə, texniki sənədlərə, təlim materiallarına və biznes inkişafını dəstəkləyən müxtəlif resurslara çıxış da mümkündür.

Proqram və müraciətlə bağlı məlumat almaq istəyən startaplar "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzi ilə əlaqə saxlaya bilərlər.

Əlaqə:

office.innoland@icenter.az

 


     



21.11.2025
Elvira Rüstəmova
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri
05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
 
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri



14.11.2025
Günay Şahbazova
Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasında İdarə Heyətinin Sədri
01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
 
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment