Digər xəbərlər


Ticarətin Asanlaşdırılması Forumu və Kağızsız Ticarət Həftəsi keçirilib
18.06.2026

BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) təşkilatçılığı ilə Asiya-Sakit Okean Ticarətin Asanlaşdırılması Forumu və Kağızsız Ticarət Həftəsi 2026 keçirilib.

Tailand Krallığının Banqkok şəhərində keçirilən tədbirdə ölkəmizi Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-mayoru Natiq Şirinov və Rəqəmsal İdarəetmə Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Fuad Aslanov təmsil ediblər.

Tədbir ticarətin asanlaşdırılması, kağızsız ticarətin inkişafı, sərhədlərarası elektron məlumat mübadiləsinin genişləndirilməsi, süni intellektin ticarət və gömrük prosedurlarında tətbiqi, rəqəmsal etimad mühitinin formalaşdırılması və regional əməkdaşlığın gücləndirilməsi məsələlərinə həsr olunub.

Forum çərçivəsində nümayəndə heyəti Kağızsız Ticarət Şurasının iclasında, “Ticarətin asanlaşdırılmasında süni intellekt: mövcud vəziyyət və gələcək istiqamətlər”, “CAREC ölkələrində tranzitin inkişafı” və “NCD Konvensiyası vasitəsilə ticarətin rəqəmsallaşdırılması” mövzularında keçirilən sessiyalarda iştirak edib.

Dövlət Gömrük Komitəsi sədrinin müavini Natiq Şirinov Kağızsız Ticarət Şurasının iclasında çıxış edərək Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən ölkəmiz üçün  gömrük və ticarət prosedurlarının rəqəmsallaşdırılmasının, məlumat əsaslı idarəetmənin və etibarlı rəqəmsal əməkdaşlıq mexanizmlərinin inkişafının mühüm prioritet olduğunu diqqətə çatdırıb.

Bu kontekstdə “Elektron Bir Pəncərə” platformasının tətbiqi, “Rəqəmsal gömrük dəyəri” layihəsi, e-SMGS və e-CMR üzrə elektron məlumat mübadiləsi təşəbbüsləri, eləcə də nəqliyyat və gömrük orqanları arasında harmonizasiya olunmuş data mübadiləsinin əhəmiyyəti vurğulanıb.

Həmçinin süni intellektin ticarətin asanlaşdırılmasında rolu ilə bağlı plenar sessiyada çıxış edən Natiq Şirinov süni intellektin artıq gömrük idarəçiliyində risklərin daha dəqiq qiymətləndirilməsi, qanuni ticarətin sürətləndirilməsi və nəzarət tədbirlərinin səmərəliliyinin artırılması üçün mühüm əməliyyat alətinə çevrildiyini bildirib.

Sessiyada Dövlət Gömrük Komitəsində tətbiq olunan süni intellekt əsaslı yeni nəsil Avtomatlaşdırılmış Risk Analizi Sistemi - ARAS Pro, malların təsnifatı üzrə intellektual həllər, skan edilmiş sənədlərin avtomatlaşdırılmış emalı, sərnişin məlumatlarının analitik təhlili, bəyannamələrin tərtibində rəqəmsal dəstək alətləri və digər innovativ həllər barədə məlumat verilib.

Forumun yekununda Kağızsız Ticarət Şurasının hesabatı qəbul edilib. Hesabatda Çərçivə Sazişinin icrası üzrə növbəti mərhələlər, transsərhəd kağızsız ticarətin təşviqi, elektron sənədlərin qarşılıqlı tanınması, üzv dövlətlər arasında rəqəmsal məlumat mübadiləsinin gücləndirilməsi, habelə texniki və maliyyə dəstəyi mexanizmlərinin genişləndirilməsi məsələləri əks olunub.

 


     



21.11.2025
Elvira Rüstəmova
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri
05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
 
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri



14.11.2025
Günay Şahbazova
Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasında İdarə Heyətinin Sədri
01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
 
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment