Banklar


RABİTƏBANK İSLAM İNKİŞAF BANKI QRUPUNA DAXİL OLAN İSLAM TİCARƏT MALİYYƏ KORPORASİYASI İLƏ 10 MİLYON ABŞ DOLLARI MƏBLƏĞİNDƏ
18.06.2026

RABİTƏBANK İSLAM İNKİŞAF BANKI QRUPUNA DAXİL OLAN İSLAM TİCARƏT MALİYYƏ KORPORASİYASI İLƏ 10 MİLYON ABŞ DOLLARI MƏBLƏĞİNDƏ MALİYYƏLƏŞMƏ SAZİŞİ İMZALAYIB

16–19 iyun tarixlərində Bakıda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ali himayəsi altında keçirilən İslam İnkişaf Bankı (İİB) Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində təşkil olunan Özəl Sektor Forumunda (PSF 2026) Rabitəbank üçün mühüm əhəmiyyət kəsb edən növbəti beynəlxalq əməkdaşlıq razılaşması əldə olunub.

Forum çərçivəsində İslam İnkişaf Bankı Qrupuna daxil olan Beynəlxalq İslam Ticarət Maliyyə Korporasiyası (ITFC) ilə Rabitəbank arasında 10 milyon ABŞ dolları məbləğində maliyyələşmə razılaşması imzalanıb. Yeni maliyyələşmə xətti Azərbaycanın real sektorun, xüsusilə də kiçik və orta sahibkarlıq subyektlərinin ticarət əməliyyatlarının maliyyələşdirilməsinə, bizneslərin dövriyyə kapitalına çıxış imkanlarının genişləndirilməsinə və alternativ maliyyə həllərinin inkişafına dəstək verəcək.










Forumun “Regional Əlaqəlilik üçün Ticarət Həllərinin Gücləndirilməsi” adlı panel müzakirəsində Rabitəbankın İdarə Heyətinin sədri Aydın Hüseynov spiker qismində çıxış edərək Azərbaycanda İslam maliyyəsinin inkişaf perspektivləri, alternativ ticarət maliyyələşdirmə alətlərinin yaratdığı imkanlar və qarşıda duran çağırışlar barədə fikirlərini bölüşüb.

Aydın Hüseynov bildirib ki, Rabitəbank İslam İnkişaf Bankı Qrupu ilə əməkdaşlığa 2023-cü ildən başlayıb və həmin il ITFC ilə ilk 10 milyon ABŞ dolları məbləğində saziş imzalanıb. Daha sonra 2024-cü ildə Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD) ilə növbəti əməkdaşlıq razılaşması əldə olunub. Bu tərəfdaşlıqlar bankın İslam maliyyəsi məhsullarının hazırlanması və bazara təqdim olunması istiqamətində mühüm təcrübə qazanmasına şərait yaradıb.

Çıxışında İslam maliyyəsinin yalnız dini prinsiplərə üstünlük verən sahibkarlar üçün deyil, bütün biznes subyektləri üçün alternativ maliyyələşdirmə aləti olduğunu vurğulayan Aydın Hüseynov qeyd edib ki, bu sahə xüsusilə KOB-ların maliyyə resurslarına çıxışının genişləndirilməsi, yeni beynəlxalq kapital mənbələrinin cəlb olunması və sərhədlərarası ticarətin inkişafı baxımından böyük potensiala malikdir.

O, həmçinin vurğulayıb ki, İslam maliyyəsinin inkişafı istiqamətində Azərbaycan Mərkəzi Bankının həyata keçirdiyi Rəqəmsal Tənzimləyici “Sandbox” mexanizmi innovativ maliyyə məhsullarının tətbiqinə əlverişli şərait yaradıb. Məhz bu platforma vasitəsilə Rabitəbank cari ilin Fevral ayından etibarən Murabaha və Mudaraba məhsullarının satışına başlayıb. Hazırda Rabitəbank Azərbaycanda Murabaha və Mudaraba məhsullarını birlikdə təqdim edən ilk və yeganə bankdır.

Qeyd edək ki, Rabitəbank beynəlxalq maliyyə institutları ilə əməkdaşlığını ardıcıl şəkildə genişləndirərək ölkədə alternativ maliyyə həllərinin inkişafına, sahibkarlığın maliyyələşdirilməsinə və Azərbaycan biznesinin beynəlxalq ticarət imkanlarının artırılmasına töhfə verməyə davam edir. Bank ölkənin aparıcı kommersiya banklarından biri olaraq fərdi və korporativ müştərilərə geniş çeşiddə maliyyə xidmətləri təqdim edir. Bank innovativ həllər, beynəlxalq tərəfdaşlıqlar və dayanıqlı inkişaf prinsiplərinə əsaslanaraq müştərilərinə müasir bankçılıq xidmətləri göstərir.

Məlumat üçün bildirək ki, “Rabitəbank” ASC 1993-cü ildən etibarən fəaliyyət göstərir və “Rahat Bankçılıq” konsepsiyası əsasında müştərilərinə müasir və əlçatan maliyyə xidmətləri təqdim edir. Bankın nizamnamə kapitalı 101,3 milyon manatdır. Ölkə üzrə geniş filial şəbəkəsi, rəqəmsal bankçılıq həlləri və peşəkar komandası ilə Rabitəbank müştərilərinə dəyər yaradan xidmətlər təqdim etməyə davam edir. Bankın əsas səhmdarları “Azərbaycan Banklar Assosiasiyası”nın prezidenti Nuriyev Zakir Əlibala oğlu və iş adamı, sahibkar Əliyev Rauf Zeynal oğludur.

Hal-hazırda “Rabitəbank” ASC 19 region və Bakı şəhəri üzrə ümumilikdə 31 xidmət məntəqəsi, 78 ATM-i, “Rabita Mobile”, “Rabita Junior” və “Rabita Business” tətbiqləri, İnternet Bankçılıq platforması və 133 nömrəli Çağrı Mərkəzi ilə öz müştərilərinə ən müasir standartlar səviyyəsində geniş spektrli bank xidmətləri təqdim edir.

 


     



21.11.2025
Elvira Rüstəmova
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri
05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
 
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri



14.11.2025
Günay Şahbazova
Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasında İdarə Heyətinin Sədri
01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
 
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment