Digər xəbərlər


İİB-nin İllik Toplantısı çərçivəsində gənclərin inkişafı və regional inteqrasiyanın təşviqi üzrə maliyyələşmə imkanları müzakir&
16.06.2026

İİB-nin İllik Toplantısı çərçivəsində gənclərin inkişafı və regional inteqrasiyanın təşviqi üzrə maliyyələşmə imkanları müzakirə olunub

İyunun 16-da Bakıda İslam İnkişaf Bankı (İİB) Qrupunun 51-ci İllik Toplantısı çərçivəsində “Sərhədsiz gənclər: regional rifahın birgə təşviqi” mövzusunda 14-cü Gənclər İnkişaf Forumu keçirilib.

Forumda regional inteqrasiyanın gənclər üçün yeni iqtisadi imkanların yaradılmasına, əmək bazarlarına çıxışın genişləndirilməsinə, sahibkarlıq və innovasiya fəaliyyətinin təşviqinə verdiyi töhfələr müzakirə olunub. Eyni zamanda, gənclər siyasəti sahəsində regional əməkdaşlığın gücləndirilməsi, təcrübə mübadiləsinin genişləndirilməsi və gənclərin dayanıqlı inkişaf proseslərində rolunun artırılması ilə bağlı fikir mübadiləsi aparılıb.

Forumda Azərbaycan Respublikasının maliyyə nazirinin birinci müavini Anar Kərimov, gənclər və idman nazirinin müavini Fərhad Hacıyev, İİB-nin Şimali Afrika və Mərkəzi Asiya üzrə regional meneceri İdrissa Dia və digərləri, habelə gənclər təşkilatlarının nümayəndələri çıxış ediblər.

A.Kərimov çıxışı zamanı bildirib ki, gənclər sahəsi dövlət siyasətinin prioritet istiqamətlərindən biri olmaqla inklüziv iqtisadi artımın, innovasiyaların və dayanıqlı inkişafın əsas hərəkətverici qüvvəsini təşkil edir. O qeyd edib ki, müasir dövrdə ölkələrin dayanıqlı inkişafını və uzunmüddətli rəqabət qabiliyyətini müəyyən edən əsas amil infrastruktur, təbii resurslar və maliyyə imkanları deyil, insan kapitalıdır. Bu baxımdan gənclərin inkişafına yönəldilən investisiyalar sosial siyasətin tərkib hissəsi olmaqla yanaşı, iqtisadi transformasiya və davamlı inkişafın təmin edilməsində strateji əhəmiyyət daşıyır.

Maliyyə nazirinin birinci müavini ölkəmizdə gənclər siyasətinin inkişafı istiqamətində son iki onillik ərzində davamlı maliyyələşmə və institusional dəstəyə əsaslanan mühitin formalaşdırıldığını vurğulayıb. O bildirib ki, son 5 ildə Azərbaycanda gənclərin təhsilinə təxminən 2 milyard ABŞ dolları pul ayrılıb, Elm və Təhsil Nazirliyi yanında Tələbə Təhsil Krediti Fondu vasitəsilə artıq 70 mindən çox tələbənin ali təhsil almasına dəstək göstərilib.

Eyni zamanda, regional inteqrasiya məsələsinə toxunan A.Kərimov Azərbaycanın Avropa, Mərkəzi Asiya və Yaxın Şərqi birləşdirən Orta Dəhliz üzərində yerləşən mühüm əlaqələndirici mərkəz olduğunu diqqətə çatdırıb. Qeyd olunub ki, gənclərin potensialını məhdudlaşdıran maneələr yalnız regional əməkdaşlıq çərçivəsində həll oluna bilər və bu istiqamətdə ortaq rəqəmsal infrastrukturun yaradılması, transsərhəd ticarət, elektron kommersiya və maliyyə texnologiyaları sahələrində əməkdaşlığın genişləndirilməsinin vacibliyi vurğulanıb.

Daha sonra keçirilən panel müzakirələrdə regional inteqrasiyanın gənclər üçün yeni iqtisadi imkanlar yaratması, innovasiya və startap sistemlərinin genişləndirilməsi, rəqəmsal bacarıqların inkişafı mövzuları ətrafında geniş fikir mübadiləsi aparılıb. İştirakçılar gənclərin potensialının reallaşdırılması üçün əlverişli mühitin yaradılması, insan kapitalına investisiyaların artırılması və regional əməkdaşlığın gücləndirilməsi istiqamətində birgə səylərin davam etdirilməsini qeyd ediblər.

 


     



21.11.2025
Elvira Rüstəmova
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri
05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
 
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri



14.11.2025
Günay Şahbazova
Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasında İdarə Heyətinin Sədri
01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
 
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment