“Xalq Kapital İnvestisiya Şirkəti” QSC tərəfindən BFB-də üzvlüyün (ticarət etmək hüququnun) dayandırılmasına səbəb olmuş halların aradan qaldırılması və BFB-nin Üzvlük Qaydalarının 3.1.8-ci (üzvün ştat cədvəlində olan səlahiyyətli treyderlərin sayı ilə bağlı tələb) və 3.5-ci (üzvün səlahiyyətli treyderlərinin sayı ilə bağlı davamlı tələb) bəndlərində nəzərdə tutulmuş tələblərə uyğunluğun təmin edilməsi ilə əlaqədar olaraq, “Bakı Fond Birjası” QSC-nin Üzvlük Komitəsinin 12 saylı, 10 iyun 2026-cı il tarixli qərarına əsasən Üzvün BFB-də üzvlüyü (ticarət etmək hüququ) 10 iyun 2026-cı il tarixindən etibarən bərpa edilmişdir.
Qeyd edək ki, Üzvün BFB-də üzvlüyü (ticarət etmək hüququ) 24 aprel 2026-cı il tarixində müvəqqəti dayandırılmışdı.