Neft və qaz


SOCAR 31-ci “Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi”ndə öz stendi ilə təmsil olunur
02.06.2026

SOCAR “Bakı Enerji Həftəsi” çərçivəsində təşkil olunan tədbirlərdə fəal iştirak edir.

SOCAR-ın “baş tərəfdaş”ı olduğu “Bakı Enerji Həftəsi” bu gün regionda və qlobal miqyasda enerji təhlükəsizliyinə, dayanıqlı tərəqqiyə, səmərəli əməkdaşlığa töhfə verən mühüm platforma kimi böyük nüfuz qazanıb.

SOCAR bu il “Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi”ndə “Etibarlı Tərəfdaş, Güvənli Enerji Təchizatı” ideyası əsasında hazırlanan stend ilə təmsil olunur.

Ən son texnoloji həllər tətbiq olunmaqla hazırlanan stenddə SOCAR-ın ölkəmizin enerji təhlükəsizliyinin təmin edilməsində oynadığı rol, beynəlxalq fəaliyyət coğrafiyası, innovasiya və rəqəmsallaşma gündəliyi, eləcə də dayanıqlı inkişaf istiqamətində həyata keçirdiyi təşəbbüslər barədə məlumatlar yer alıb.

Belə ki, stendin “Milli enerjinin gücü” bölməsində “Şahdəniz”, “Azəri-Çıraq-Günəşli”, “Neft Daşları”, “Bulla-dəniz”, “Abşeron”, “Ümid” kimi yataqlar, Heydər Əliyev adına Neft Emalı Zavodu, Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa və Bakı-Novorossiysk kəmərləri, İğdır–Naxçıvan qaz kəməri, Naxçıvan Yeni İstilik Elektrik Stansiyası və bərpaolunan enerji layihələri ilə bağlı ətraflı informasiyalar təqdim olunur.

Ziyarətçilər stendin “İnnovasiya, rəqəmsallaşma və qlobal fəaliyyət” bölməsində şirkətin rəqəmsal transformasiya üzrə nailiyyətləri, “SOCAR Karbamid”, “Petkim”, STAR, “Italiana Petroli” müəssisələri, eləcə də “Tamar”, “Baleine”, “Üstyurt” və digər beynəlxalq layihələri, SOCAR-ın yanacaqdoldurma stansiyaları şəbəkəsi barədə məlumatlarla tanış ola bilərlər.

“Dayanıqlı gələcək və ətraf mühitin mühafizəsi” bölməsində isə Bakı Ali Neft Məktəbi, Xəzər Təlim və Sertifikatlaşdırma Mərkəzi, xarici universitetlərlə əməkdaşlıq, tədqiqat və inkişaf təşəbbüsləri, insan kapitalına yönəlmiş digər layihələr, həmçinin geotermal enerji, metan emissiyalarının azaldılması layihələri barədə informasiyalar təqdim olunur.

SOCAR, eyni zamanda, enerji sektorunun müxtəlif sahələri üzrə fəal müzakirələrin aparıldığı “Bakı Enerji Forumu”nun işində də yaxından iştirak edir.

 


     



21.11.2025
Elvira Rüstəmova
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri
05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
 
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri



14.11.2025
Günay Şahbazova
Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasında İdarə Heyətinin Sədri
01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
 
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment