Banklar


“PAŞA Bank” 2025-cı ilin illik maliyyə nəticələrini açıqlayıb
25.05.2026

PAŞA Bank 2025-ci ilin illik maliyyə nəticələrini mətbuat konfransında açıqladı. 

25 may 2026-cı il tarixində keçirilən tədbirdə spiker qismində PAŞA Bankın İdarə Heyətinin sədri və baş icraçı direktoru Cavid Quliyev, İdarə Heyətinin üzvü, baş maliyyə inzibatçısı Murad Süleymanov və Marketinq departamentinin direktoru Gunel Mavliyarova çıxış etdilər.

Mətbuat konfransında Bankın maliyyə sektorunda qeyd edilən dövr üzrə əldə etdiyi nailiyyətlər və qarşıya qoyulan hədəflər, müştəri mərkəzli yanaşma, strateji inkişaf prioritetləri, Korporativ Sosial Məsuliyyət yanaşması üzrə əldə edilən uğurlar və istedadların idarə olunması istiqamətində həyata keçirilən fəaliyyət barədə məlumat verildi.

Qeyd edildi ki, PAŞA Bank 2025-ci il üzrə əsas maliyyə göstəriciləri üzrə müsbət artım nümayış etdirib. Bankın cəmi aktivləri 14% artaraq 9,84 mlrd AZN-ə, kredit portfeli 5% artaraq 3,88 mlrd AZN-ə, depozit portfeli 16% artaraq 7,90 mlrd AZN-ə çatıb, kapital isə 7% artaraq 964 mln AZN təşkil edib. Eyni zamanda faiz gəlirləri 13%, qeyri-faiz gəlirləri isə 9% artıb ki, bu da biznes fəaliyyətinin genişlənməsi və gəlir mənbələrinin diversifikasiyası ilə bağlıdır.

PAŞA Bank 19.3% bazar payı ilə biznes kreditləri üzrə Azərbaycanın ən böyük özəl korporativ maliyyə institutu olaraq mövqeyini qoruyub. Kredit portfelində əsas pay ticarət, xidmət, sənaye və nəqliyyat sektorlarına düşür. Bu isə Bankın qeyri-neft sektorunun maliyyələşdirilməsində dayanıqlı inkişafı dəstəkləyən əsas maliyyə tərəfdaşlarından biri olduğunu bir daha təsdiqləyir. KOS seqmentində isə Bank bazar göstəricilərini üstələyərək daha yüksək artım tempi nümayış etdirib. Depozit bazarında payını 19.8%-ə çatdıran Bank, hüquqi şəxslərin depozitləri üzrə bazar payını 25.6%-ə yüksəldib.

Bankın rəsmi nümayəndələri vurğulayıblar ki, PAŞA Bankın 13 apreldə elan etdiyi səhmlərin İlkin Kütləvi Təklifi (Initial Public Offering – IPO) prosesi davam edir. Bank kapitalının 5%-ni təşkil edən 932,926 ədəd səhm hər birinin qiyməti 55 AZN olmaqla Bakı Fond Birjası vasitəsilə yerləşdirilir. Yüksək investor marağı nəzərə alınaraq abunə yazılışı 12 iyun 2026-cı il tarixədək uzadılıb. 

Maliyyə nəticələri ilə tanış olmaq üçün linkə keçid edin. Əksi göstərilmədikcə, nəticələr kənar auditorlar tərəfindən təhlil olunmuş və konsolidasiya edilmiş maliyyə hesabatlarına əsaslanır.

 


     



21.11.2025
Elvira Rüstəmova
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri
05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
 
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri



14.11.2025
Günay Şahbazova
Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasında İdarə Heyətinin Sədri
01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
 
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment