Fond birjası


Employee Advocacy və Internal Communications: Müasir PR-ın ən güclü istiqaməti
25.05.2026

Uzun illər şirkətlər öz reputasiyalarını əsasən televiziya, qəzetlər, xəbər portalları və reklam kampaniyaları vasitəsilə formalaşdırmağa çalışırdı. Rəqəmsal dövr kommunikasiya qaydalarını tamamilə dəyişdi. Bu gün insanlar yalnız reklam mesajlarına və rəsmi açıqlamalara deyil, real insanların fikirlərinə, şəxsi təcrübələrinə və səmimi kommunikasiya nümunələrinə daha çox inanırlar. Məhz buna görə də müasir PR dünyasında “employee advocacy” — yəni əməkdaşların şirkətin könüllü brend səfiri kimi çıxış etməsi və daxili kommunikasiya strategiyaları ön plana çıxıb.

Korporativ kommunikasiya modelində şirkətin ən güclü PR vasitəsi onun əməkdaşları hesab olunur. İşçilər artıq yalnız müəyyən vəzifələri yerinə yetirən personal deyil, həm də şirkətin reputasiyasını formalaşdıran canlı kommunikasiya kanalıdır. Əgər əməkdaş çalışdığı müəssisə haqqında müsbət fikirlər səsləndirirsə, bu auditoriyada daha çox etibar yaradır. Çünki insanlar korporativ reklamdan daha çox insan təcrübəsinə inanırlar. 

“Employee advocacy” anlayışı əməkdaşların şirkəti könüllü şəkildə təmsil etməsini ifadə edir. Bu modeldə işçilər sosial mediada, peşəkar platformalarda, tədbirlərdə və gündəlik ünsiyyətdə şirkətin dəyərlərini və korporativ mədəniyyətini təbii şəkildə nümayiş etdirirlər. Xüsusilə LinkedIn platformasının sürətli inkişafı employee advocacy modelini PR strategiyalarının əsas istiqamətlərindən birinə çevirib. Artıq bir çox beynəlxalq şirkətlər əməkdaşların şəxsi brend qurmasını dəstəkləyir, onların ekspert mövqeləndirməsini gücləndirir və peşəkar sosial media aktivliyini təşviq edir.

Bu gün müasir PR-da daxili kommunikasiya da strateji əhəmiyyət daşıyan istiqamətlərdən biridir. Əvvəllər şirkətdaxili kommunikasiya əsasən elanların və tapşırıqların ötürülməsi kimi qəbul olunurdu. İndi isə daxili kommunikasiya korporativ mədəniyyətin və reputasiya idarəçiliyinin əsas sütunlarından biri hesab edilir. Şəffaf informasiya mühiti, rəhbərlik və əməkdaşlar arasında açıq dialoq, düzgün qurulmuş kommunikasiya sistemi şirkətin daxili etibar mühitini formalaşdırır.

Xüsusilə böhran dövründə daxili kommunikasiya həyati əhəmiyyət daşıyır. Əgər əməkdaşlar şirkət daxilində baş verən proseslər barədə vaxtında məlumatlandırılmırsa, informasiya boşluğu yaranır və həmin boşluq şayiələr, dezinformasiyalar və qeyri-rəsmi xəbərlərlə dolur. Buna görə də müasir PR strategiyalarında “ilk məlumatlandırılan auditoriya əməkdaşlar olmalıdır” prinsipi əsas yer tutur. Dünyanın aparıcı şirkətləri böhran zamanı ilk kommunikasiya addımını məhz daxili auditoriya ilə başlayır.

Şirkətlər employee advocacy proqramlarını artıq korporativ strategiyanın ayrılmaz hissəsinə çeviriblər. Bu şirkətlər hesab edir ki, motivasiyalı, şirkətə bağlı və korporativ dəyərləri mənimsəyən əməkdaş həm məhsuldarlığı artırır, həm də reputasiyanın güclənməsinə ciddi təsir göstərir.

Sosial medianın inkişafı employee advocacy modelini daha da gücləndirib. Bu gün bir əməkdaşın paylaşdığı LinkedIn postu bəzən şirkətin milyonlarla büdcə ayrılmış reklam kampaniyasından daha çox etibar yaradır. İnsanlar “real insan” səsini daha səmimi və daha inandırıcı qəbul edirlər. Buna görə də şirkətlər əməkdaşların şəxsi brend qurmasına, ekspert məqalələri paylaşmasına, konfranslarda çıxış etməsinə və peşəkar nüfuz formalaşdırmasına xüsusi dəstək göstərirlər.

Müasir dövrdə “corporate influencer” anlayışı da geniş yayılmağa başlayıb. Artıq şirkətlər yalnız məhsul və xidmətlərini deyil, öz əməkdaşlarını da kommunikasiya strategiyasının əsas hissəsinə çevirirlər. Çünki güclü şəxsi brendə malik əməkdaş şirkətin etibar kapitalını artırır, auditoriya ilə emosional bağ yaradır və şirkətin insan yönümlü imicini gücləndirir.

Səhiyyə sektorunda isə employee advocacy xüsusi əhəmiyyət daşıyır. Pasiyentlər yalnız hospital brendinə deyil, konkret həkimə və tibbi personala etibar edirlər. Bu səbəbdən müasir medical PR strategiyalarında həkimlərin şəxsi reputasiyası və ekspert mövqeləndirməsi əsas istiqamətlərdən biri hesab olunur. Həkim müsahibələri, maarifləndirici videolar, sosial media çıxışları, tibbi ekspert məqalələri və ictimai maarifləndirmə layihələri xəstə etibarının formalaşmasına ciddi təsir göstərir.

Bundan əlavə, employee advocacy şirkətlər üçün yalnız reputasiya deyil, həm də employer branding baxımından böyük üstünlüklər yaradır. İnsanlar işləmək üçün yalnız yüksək maaşlı şirkət axtarmırlar. Onlar sağlam korporativ mədəniyyətə, şəffaf kommunikasiya mühitinə və motivasiyaedici iş atmosferinə malik qurumlarda çalışmaq istəyirlər. Bu baxımdan əməkdaşların şirkət haqqında paylaşdığı müsbət təcrübələr yeni kadrların cəlb olunmasına da ciddi təsir göstərir.

Bu gün PR artıq yalnız media ilə münasibət qurmaq demək deyil. Müasir PR insan psixologiyası, korporativ mədəniyyət, reputasiya idarəçiliyi, sosial media davranışları və rəqəmsal kommunikasiya sistemlərinin inteqrasiyasına çevrilib. Güclü reputasiya yalnız reklamla qurulmur. Güclü reputasiya ilk növbədə şirkət daxilində formalaşan etibar mühiti, əməkdaş məmnuniyyəti və səmimi kommunikasiya ilə yaranır.


Mərkəzi  Gömrük Hospitalının 

PR mütəxəssisi Dilarə Zamanova 


     



21.11.2025
Elvira Rüstəmova
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri
05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
 
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri



14.11.2025
Günay Şahbazova
Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasında İdarə Heyətinin Sədri
01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
 
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment