Digər xəbərlər


Azərbaycan-Tacikistan biznes forumu keçirilib
25.05.2026

Bakıda keçirilən Azərbaycan-Tacikistan biznes forumunda iki ölkə arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi, ticarət və investisiya əlaqələrinin inkişafı, eləcə də biznes dairələri arasında yeni tərəfdaşlıq imkanları müzakirə olunub.

İqtisadiyyat Nazirliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO-nun təşkilatçılığı ilə Azərbaycan-Tacikistan biznes forumu keçirilib. Tədbirdə hər iki ölkədən rəsmi şəxslər və müxtəlif sahələrdə fəaliyyət göstərən şirkətlərin nümayəndələri iştirak ediblər.

Forumda çıxış edən iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov Azərbaycan və Tacikistan arasında dostluq və tərəfdaşlıq münasibətlərinin iqtisadi əməkdaşlığın inkişafı üçün əlverişli zəmin yaratdığını bildirib. Qeyd edilib ki, ölkələrimiz arasında bir çox sahələrdə tərəfdaşlığın genişləndirilməsi üçün mühüm potensial mövcuddur. Forumun işgüzar dairələr arasında birbaşa əlaqələrin qurulması və qarşılıqlı faydalı layihələrin təşviqi baxımından əhəmiyyəti vurğulanıb.

Tacikistanın iqtisadi inkişaf və ticarət nazirinin müavini Ahliddin Nuriddinzoda ölkəsinin Azərbaycanla iqtisadi əlaqələrin inkişafında maraqlı olduğunu diqqətə çatdırıb. Bildirilib ki, qarşılıqlı ticarətin artırılması, sahibkarlar arasında əməkdaşlığın gücləndirilməsi və yeni biznes təşəbbüslərinin dəstəklənməsi ikitərəfli iqtisadi gündəliyin mühüm istiqamətlərindəndir. Tacikistanın sənaye və yeni texnologiyalar nazirinin müavini Baxtiyor Safarzoda ölkəsində sənaye və yeni texnologiyalar sahəsində həyata keçirilən tədbirlər, bu istiqamətdə mövcud imkanlar və Azərbaycan şirkətləri ilə əməkdaşlıq perspektivlərindən danışıb. Qeyd edilib ki, texnologiyaların tətbiqi və istehsal sahəsində tərəfdaşlığın genişləndirilməsi qarşılıqlı maraq doğuran sahələrdəndir.

AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev ixracın və investisiyaların təşviqi, Azərbaycanın biznes və investisiya mühitinin beynəlxalq səviyyədə təqdim olunması, eləcə də yerli şirkətlərin xarici bazarlara çıxışının dəstəklənməsi istiqamətində görülən işlər barədə danışıb. Bildirilib ki, bu kimi biznes platformaları şirkətlər arasında praktiki əlaqələrin qurulması, yeni tərəfdaşlıqların formalaşdırılması və iqtisadi əməkdaşlığın konkret layihələr üzrə inkişafı baxımından mühüm rol oynayır.

Tacikistanın Ticarət və Sənaye Palatasının sədri Farxodşox Raxmonalizoda iki ölkənin işgüzar dairələri arasında məlumat mübadiləsinin, birgə təşəbbüslərin və birbaşa biznes təmaslarının artırılmasının vacibliyini qeyd edib. 

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin  İdarə Heyətinin sədri Orxan Məmmədov ölkəmizdə KOB-ların inkişafı, bu sahədə tətbiq olunan dəstək mexanizmləri, hər iki ölkənin işgüzar dairələri arasında əməkdaşlıq imkanları və əlaqələrin genişləndirilməsinə Agentliyin göstərə biləcəyi dəstək barədə məlumat verib.

Tacikistanın İnvestisiyalar və Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin “Tajinvest” Dövlət Unitar Müəssisəsinin baş direktorunun müavini Davlat Həbibov isə Tacikistanın investisiya mühiti, prioritet iqtisadi sahələri, xarici investorlar üçün mövcud imkanlar və dəstək mexanizmləri barədə təqdimatla çıxış edib.

Tacikistan şirkətlərinin nümayəndələri tərəfindən keçirilən təqdimatlarda şirkətlərin fəaliyyət istiqamətləri, məhsul və xidmətləri, ixrac potensialı və Azərbaycan tərəfi ilə mümkün əməkdaşlıq imkanları diqqətə çatdırılıb.

Tədbir çərçivəsində Tacikistanın “Boboi Şarifbek” şirkəti ilə Azərbaycanın “Azərpambıq Aqrar Sənaye Kompleksi” arasında əməkdaşlıq sazişi imzalanıb.

Tədbir B2B görüşlərlə davam edib.


     



21.11.2025
Elvira Rüstəmova
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri
05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
 
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri



14.11.2025
Günay Şahbazova
Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasında İdarə Heyətinin Sədri
01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
 
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment