Digər xəbərlər


Dövlət Gömrük Komitəsi ilə Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyi arasında açıq dialoq platforması keçirilib
25.05.2026

Mayın 22-də Dövlət Gömrük Komitəsi ilə Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyi (TÜİB) arasında açıq dialoq platforması keçirilib.

Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Şahin Bağırov tədbirin açılısında çıxış edərək bildirib ki, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu dayanıqlı və davamlı inkişaf siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində iqtisadiyyatın şaxələndirilməsi, sahibkarlıq mühitinin yaxşılaşdırılması, investisiya qoyuluşlarının təşviqi və biznesin inkişafı istiqamətində mühüm nailiyyətlər əldə olunub.

Gömrük orqanlarının mütəmadi olaraq dövlət-özəl sektor tərəfdaşlığının gücləndirilməsinə xidmət edən, sahibkarlarla qarşılıqlı müzakirələrə əsaslanan görüşlər keçirdiyini vurğulayan DGK sədri bildirib ki, bu tədbir də gömrük-biznes münasibətlərinin daha da inkişaf etdirilməsi və qarşılıqlı faydalı tərəfdaşlığın genişləndirilməsi baxımından mühüm addım olacaq.

TÜİB sədri  Hüseyin Böyükfırat tədbirin əhəmiyyətindən danışaraq bu platformanın gömrük-biznes əməkdaşlığının gücləndirilməsi, münasibətlərinin qarşılıqlı etimad, açıq və şəffaf dialoq  prinsipləri əsasında qurulmasına töhfə verəcəyinə əminliyini ifadə edib.

Tədbir çərçivəsində TÜİB-in fəaliyyəti ilə bağlı videoçarx, həmçinin gömrük əməkdaşları tərəfindən  “Etibarlı tərəfdaş konsepsiyası”na dair təqdimat nümayiş etdirilib.

Daha sonra görüş panel müzakirələrlə davam edib və sahibkarları maraqlandıran suallar ətraflı cavablandırılıb, eyni zamanda TÜİB-in yeni üzv şirkətlərlərinə plaketlər təqdim olunub.

Sonda  Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin üzvləri DGK-nın yeni inzibati binası ilə tanış olublar.

 


     



21.11.2025
Elvira Rüstəmova
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri
05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
 
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri



14.11.2025
Günay Şahbazova
Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasında İdarə Heyətinin Sədri
01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
 
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment