Digər xəbərlər


PR-da öz media (Own medi) kanallarının dövrü
22.05.2026

Bir vaxtlar şirkətlər jurnalistlərin zəngini gözləyirdi. Bu gün isə ən güclü brendlər öz newsroom-larını qurur, öz auditoriyasını formalaşdırır və gündəmi özü idarə edir.

Son illərdə informasiya dünyasında ən böyük dəyişikliklərdən biri “Own media”-  strategiyasının sürətlə yüksəlməsidir. Artıq şirkətlər yalnız televiziya reportajlarına və xəbər saytlarına güvənməklə kifayətlənmir.

Ənənəvi media hələ də vacibdir. Amma reputasiya yalnız başqalarının onlar haqqında nə yazdığı ilə formalaşmır. Əsas məsələ şirkətin özünün necə danışdığıdır.

Own media şirkətin tam nəzarət etdiyi informasiya platformaları deməkdir. Buraya rəsmi saytlar, korporativ bloglar, Telegram kanalları, YouTube platformaları, LinkedIn səhifələri və hətta daxili işçi media sistemləri daxildir.

Bu model şirkətə öz səsini yaratmaq imkanı verir. Artıq şirkət auditoriya ilə vasitəçisiz danışır. İnformasiya sürəti əvvəlki illərlə müqayisədə dəfələrlə artıb və bu dəyişiklik kommunikasiya modelini tamamilə yenidən formalaşdırıb.

İnformasiya dövrü dəyişib

İnformasiya sürətinin artması kommunikasiya modelini tam dəyişib. Əgər xəbər gecikirsə, boşluğu sosial media doldurur, rəsmi açıqlama gecikirsə, şayiə güclənir  və kontrol edilməyən informasiya reputasiya riskinə çevrilir. Bu səbəbdən own media artıq seçim deyil, zərurətdir.

Krizis zamanı insanlar ilk növbədə şirkətin öz platformasına baxır. Əgər şirkət susursa, informasiya boşluğu yaranır və həmin boşluğu şayiələr doldurur. Məhz buna görə beynəlxalq PR praktikasında ilk rəsmi açıqlama prinsipi anlayışı getdikcə daha vacib hala gəlir.

Birinci rəsmi açıqlama reputasiyanın taleyini müəyyən edə bilir. Öz media platforması olmayan şirkətlər bu yarışda gecikir. Bəzi şirkətlər artıq klassik biznes strukturu ilə yanaşı media strukturu da qururlar. Onların daxilində ayrıca redaksiya komandaları, video istehsal bölmələri və kontent strateqləri fəaliyyət göstərir. 

Mərkəzi Gömrük Hospitalının PR fəaliyyəti səhiyyə idarəçiliyi və kommunikasiya baxımından regionda seçilən qurumlardan biri kimi qiymətləndirilə bilər. Burada təkcə tibbi xidmətlərin yüksək səviyyədə təşkili deyil, eyni zamanda sistemli və düşünülmüş kommunikasiya yanaşması da diqqət çəkir.

Mərkəzi Gömrük Hospitalı ictimaiyyətlə açıq və şəffaf ünsiyyətə önəm verir. Xüsusilə uğurlu cərrahi əməliyyatların, tibbi yeniliklərin və ekspert rəylərinin ictimaiyyətə operativ şəkildə çatdırılması hospitalın peşəkar yanaşmasını göstərir. Mərkəzi Gömrük Hospitalının rəsmi internet səhifəsi- https://customshospital.az/,  Facebook səhifəsi https://www.facebook.com/customshospital/, İnstaqram səhifəsi https://www.instagram.com/merkezi_gomruk_hospitali/, Twitter səhifəsi https://x.com/GomrukHospital, Linkedin,  Youtube https://www.youtube.com/@mrkzigomrukhospitalcustoms3382 və Tiktok https://www.tiktok.com/@mrkzi.gmrk.hospit  səhifələri var.

Hazırda ən güclü kontent formatlarına  ekspert müsahibələri, backstage videoları, əməkdaş hekayələri, 1 gün bizimlə formatı, maarifləndirici video PR və hekayə əsaslı kommunikasiya daxildir.

Own media sistemində data və analitika da əsas rol oynayır. Bugünkü PR emosiyalarla yanaşı rəqəmlərlə də işləyir. Reach, engagement, trust index və audience retention artıq reputasiya göstəricilərinə çevrilib. Gələcəyin ən güclü brendləri məhsul istehsal edən yox, informasiya idarə edən şirkətlər olacaq. Yaxın gələcəkdə şirkətlər öz jurnalist komandalarını yaradacaq, AI əsaslı kontent sistemləri quracaq, daxili media studiyalarına investisiya edəcək və auditoriya ilə 24/7 kommunikasiya modeli quracaq.  Own media artıq sadəcə PR trendi deyil. Bu, kommunikasiya modelinin tam dəyişməsidir. Bu gün ən güclü şirkətlər xəbər gözləmir, onlar xəbər yaradır, gündəmi izləmək yox, gündəmi formalaşdırırlar. 


Mərkəzi Gömrük Hospitalının 

PR mütəxəssisi Dilarə Zamanova 


     



21.11.2025
Elvira Rüstəmova
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri
05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
 
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri



14.11.2025
Günay Şahbazova
Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasında İdarə Heyətinin Sədri
01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
 
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment