Digər xəbərlər


Bloger və İnfluenserlər Forumunun spikerləri ilə görüş keçirilib - FOTO
22.05.2026

Azərbaycanın rəqəmsal kontent və sosial media sahəsində ilk dəfə təşkil olunan Bloger və İnfluenserlər Forumu “Facemark” şirkətinin təşkilatçılığı ilə 6 iyun tarixində Bakı Konqres Mərkəzində baş tutacaq.

Forum öncəsi tədbirin spikerləri ilə görüş keçirilib, proqram axını, panel mövzuları və iştirakçılar üçün nəzərdə tutulan yeniliklər müzakirə olunub. Görüş zamanı forumun əsas məqsədinin ölkənin aparıcı blogerlərini, influenserlərini, marketinq və kommunikasiya sahəsinin nümayəndələrini bir platformada bir araya gətirmək olduğu vurğulanıb.

Tədbir “Times Consulting” şirkətinin Gold sponsorluğu, “Teymur Collection”, “Molokan Mood”, “The GYM” və “By Hollywood” şirkətlərinin panel sponsorluğu, “Insure.az” və “Başkent”in sponsorluğu, “Markup Agency”nin dəstəyi ilə keçirilir. Sözügedən şirkətlərin dəstəyi ilə forum iştirakçılara daha geniş şəbəkələşmə imkanları, innovativ yanaşmalar və peşəkar müzakirələr təqdim edəcək.








Forum 6 panel üzrə davam edəcək. Tədbirin ilk paneli “Əyləncə və yumor” paneli olacaq. Tədbir çərçivəsində şəxsi brendinq, rəqəmsal marketinq, sosial media strategiyası, kontent istehsalı və influenser marketinqi kimi aktual mövzular üzrə panel müzakirələri və çıxışlar təşkil olunacaq. Panel müzakirələri eyni anda zal 3 və zal 4-də keçiriləcək, iştirakçılar fərqli mövzularda çıxış və sessiyalara qoşulmaq imkanı əldə edəcəklər.

ZAL 3

Panel 1 – Əyləncə və yumor

Moderator: Pərviz Hüseynli - Jurnalist, aparıcı və influenser, redaktor 

Spiker: Azər Aydəmirov - Aktyor, ssenarist, prodüser 

Spiker: Elcan Rəsulov - Layihə rəhbəri, aparıcı və aktyor 

Spiker: Rəfin Cəfərov - Videobloger 

Spiker: Ervin Paşa - Dublyaj aktyoru


Panel rəqəmsal məzmun istehsalı, yumorun auditoriya ilə əlaqədə rolu və əyləncə sektorunda yaradıcı yanaşmalar ətrafında müzakirələrlə yadda qalacaq. Panel zamanı spikerlər sosial mediada diqqət çəkən kontentin hazırlanması, videoməzmunun inkişafı, dublyaj və aktyorluq sahəsində təcrübələr, eləcə də şəxsi brendin formalaşdırılması mövzularında öz baxışlarını bölüşəcəklər.


Panel 2  – İdman və sağlamlıq

Moderator: Vəfa Şeydayeva - Nutrisioloq və qidalanma davranışı üzrə mütəxəssis, Fitness məşqçi

Spiker: Fərid Eyyubov - Qidalanma üzrə bələdçi , məşqçi

Spiker: Gulya Əliyeva - Fitness təlimçisi, qidalanma mütəxəssisi

Spiker: Fövqi Əfəndi - Fitway Group təsisçisi, qida mühəndisi və master məşqçi

“İdman və sağlamlıq” paneli sağlam həyat tərzi, idmanın gündəlik həyata təsiri və rəqəmsal dövrdə sağlamlıq kontentinin rolu ətrafında maraqlı müzakirələrlə davam edəcək. Panel iştirakçıları sosial mediada sağlam yaşam trendləri, motivasiya yaradan məzmunun hazırlanması, idman və şəxsi intizamın uğura təsiri, eləcə də auditoriya ilə düzgün kommunikasiya mövzularında öz təcrübələrini bölüşəcəklər.

Panel 3  – Biznes və şəxsi brendinq

Moderator: Aynur Xəlilova - Geyim dizayneri, podkaster

Spiker: Anar Ağakişiyev - Beauty Academy by Anar Təsisçi

Spiker: Tural Yusifov - Bloger, Media sahibkarı, radio aparıcısı, podkaster

Spiker: İlkin Qəhrəmanlı - Garden Shop-un təsisçisi Cafe Botanist, Fuzzy və Cake Lab layihələrinin həmtəsisçisi

Spiker: Esmira Quluzadə - Ballı Bisi Şirniyyat evinin təsisçisi

Spiker: Əliyar  Qasımov – Hollywood Group-un təsisçisi


Panel çərçivəsində şəxsi brendin biznes uğuruna təsiri, sosial mediada etibarın qurulması, kontent strategiyası, auditoriya ilə düzgün kommunikasiya və rəqəmsal platformalarda fərqlənmək yolları müzakirə olunacaq.


ZAL 4

Panel 1  – İnsan və mədəniyyət

Məruzəçi: Rahib Azəri – Əməkdar mədəniyyət işçisi

Moderator: DJ Fateh - Redaktor, kinossenarist, radioaparıcı, teleaparıcı

Spiker: Aqşin Yenisey - Şair, publisist, yazıçı

Spiker: Müşfiq Ötgün - Bakı Slavyan Universitetinin dosenti Filosof, fəlsəfə üzrə fəlsəfə doktoru

Spiker: Elməddin Cəfərov - Çoxsaylı serialların layihə rəhbəri, aktyor

Spiker: Orxan Fərəcli - Dövlət Təhlükəsizliyi Xidməti Hərbi Tibb Baş İdarəsi, Nəfəs Psixonevroloji Sağlamlıq Mərkəzi Həkim psixiatr

“İnsan və mədəniyyət” paneli müasir dövrdə insan faktorunun, dəyərlərin və mədəniyyətin cəmiyyətə, biznesə və kommunikasiya mühitinə təsiri mövzusuna həsr olunub. Panel çərçivəsində dəyişən dünyada insan münasibətləri, təşkilati mədəniyyət, yaradıcılıq, sosial davranışlar və mədəniyyətin fərdi inkişaf üzərində rolu müzakirə ediləcək.


Panel 2  – Həyat tərzi və səyahət

Nərmin Knyazlı -  İnfluenser, televiziya və radio aparıcısı

Sevda Məmməd - Bizness Strateq, təsisçi, influenser

Azər Qərib - Səyyah, Jurnalist, bloger

Tina Orucova – Hermano şirkəti, əməliyyatlar üzrə direktor

Günel Qurbanova - İnfluenser, She Art aksessuar brendinin sahibi

Toğrul Qurbanov - İnfluenser, Youtuber


Spikerlər şəxsi təcrübələri əsasında səyahət və həyat tərzi kontentinin yaradılması, sosial mediada autentik təqdimat, turizm və rəqəmsal media əlaqəsi, eləcə də auditoriya üçün ilhamverici və faydalı məzmun formalaşdırılması haqqında fikir mübadiləsi aparacaqlar.


Panel 3  – Mətbəx və yemək

Moderator: Vüsalə Əlizadə - Televiziya aparıcısı

Spiker: Kənan Bədəlov - Yemək blogeri

Spiker: Miryusif Mirzəzadə - Yemək blogeri

Spiker: Nigar Asgar - Qida, həyat tərzi və texnologiya üzrə kontent yaradıcısı

Spiker: İnci Həsənzadə - Qida təhlükəsziliyi üzrə mütəxəssis, Yemək blogeri

“Mətbəx və yemək” paneli kulinariya dünyasının müasir trendləri, yemək mədəniyyəti və gastronomiyanın rəqəmsal mediada rolu mövzusuna həsr olunub. Panel çərçivəsində yeməyin yalnız qidalanma deyil, həm də mədəniyyət, həyat tərzi və kontent istiqaməti kimi formalaşması müzakirə ediləcək.

Bloger və influenserlərin iştirak etdiyi görüş çərçivəsində rəqəmsal media mühitinin inkişafı, kontent yaradıcılığında yeni trendlər və auditoriya ilə daha effektiv kommunikasiya yolları ətrafında geniş müzakirələr aparılıb.

Qeyd edək ki, forum üçün əldə olunan biletlər iştirakçılara Milli Marketinq Forumunda da iştirak imkanı yaradır. Eyni məkanda və eyni gündə keçiriləcək hər iki tədbir iştirakçılara həm marketinq dünyasının peşəkar tərəfini, həm də rəqəmsal kontent və influenser ekosistemini bir arada kəşf etmək fürsəti təqdim edəcək.

Biletləri əldə etmək üçün bifbaku.az saytına daxil ola bilərsiniz.


     



21.11.2025
Elvira Rüstəmova
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri
05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
 
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri



14.11.2025
Günay Şahbazova
Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasında İdarə Heyətinin Sədri
01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
 
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment