Digər xəbərlər


Azərbaycan və Dünya Bankı “Yaşanıla bilən Bakı” layihəsi üzrə hazırlıq işlərini müzakirə edib
21.05.2026

Azərbaycan və Dünya Bankı “Yaşanıla bilən Bakı” layihəsi üzrə hazırlıq işlərini müzakirə edib

Mayın 21-də Azərbaycan Respublikasının maliyyə naziri Sahil Babayev ölkəmizdə səfərdə olan Dünya Bankının “Yaşanıla bilən Bakı” layihə qrupunun nümayəndə heyəti ilə görüşüb.

Görüşdə hazırlıq mərhələsində olan “Yaşanıla bilən Bakı” layihəsi çərçivəsində Azərbaycan Hökuməti ilə Dünya Bankı Qrupu arasında əməkdaşlığın əsas istiqamətləri, eləcə də ölkədə və regionda davamlı şəhər inkişafı, ekoloji dayanıqlıq və yaşıl infrastrukturun təşviqi məsələləri müzakirə olunub.

Nazir Sahil Babayev bildirib ki, Dünya Bankı ilə tərəfdaşlıq Azərbaycanın sosial-iqtisadi inkişafının dəstəklənməsi, institusional islahatların dərinləşdirilməsi və müasir, dayanıqlı infrastrukturun formalaşdırılması baxımından mühüm rol oynayır.

Qeyd olunub ki, “Yaşanıla bilən Bakı” layihəsi Bakı şəhərində ekoloji mühitinin yaxşılaşdırılması, iqlimə dayanıqlığının artırılması və daha dayanıqlı şəhər inkişafı modelinə keçidin sürətləndirilməsi baxımından strateji əhəmiyyətə malikdir.

Bildirilib ki, layihə şəhər infrastrukturunun və ictimai məkanların yenilənməsini, bərk məişət tullantılarının idarə olunmasının təkmilləşdirilməsini, çirklənmiş ərazilərin bərpasını, eləcə də şəhər idarəetmə sistemlərinin gücləndirilməsinininəzərdə tutur.

Nazir layihənin mərhələli və prioritet əsasda icrasının vacibliyini vurğulayaraq, hazırlıq işlərinin Dünya Bankı ilə sıx koordinasiya şəraitində davam etdirildiyini bildirib və göstərilən dəstəyə görə təşəkkürünü ifadə edib.

Dünya Bankının nümayəndə heyəti Azərbaycanda həyata keçirilən şəhərsalma və iqlim yönümlü islahatları yüksək qiymətləndirərək, “Yaşanıla bilən Bakı” layihəsinin müasir şəhər inkişafı və ekoloji transformasiya baxımından nümunəvi təşəbbüs ola biləcəyini qeyd edib.

Görüşdə həmçinin, ölkəmizdə həyata keçirilən digər infrastruktur və sosial yönümlü təşəbbüslər, o cümlədən regional yol infrastrukturu və məşğulluğa dəstək proqramları üzrə əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.

Tərəflər layihənin növbəti mərhələlərində institusional koordinasiyanın gücləndirilməsinin, texniki hazırlıq səviyyəsinin artırılmasının və uzunmüddətli dayanıqlığın təmin edilməsinin vacibliyini vurğulayıblar.

 


     



21.11.2025
Elvira Rüstəmova
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri
05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
 
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri



14.11.2025
Günay Şahbazova
Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasında İdarə Heyətinin Sədri
01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
 
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment