Digər xəbərlər


Azərbaycan və Dünya Bankı arasında enerji, nəqliyyat və dayanıqlı inkişaf sahələrində əməkdaşlıq genişlənir
21.05.2026

Azərbaycan və Dünya Bankı arasında enerji, nəqliyyat və dayanıqlı inkişaf sahələrində əməkdaşlıq genişlənir

Mayın 20-də Azərbaycan Respublikasının maliyyə naziri Sahil Babayev ölkəmizdə səfərdə olan Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru xanım Roland Prays ilə görüşüb.

Görüşdə Azərbaycan ilə Dünya Bankı arasında əməkdaşlığın cari vəziyyəti, enerji və nəqliyyat sektorlarında həyata keçirilən birgə layihələr, eləcə də gələcək prioritet istiqamətlər müzakirə olunub. Həmçinin, Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində dayanıqlı şəhər inkişafı və infrastruktur sahələrində əməkdaşlığın genişləndirilməsi imkanları ətrafında fikir mübadiləsi aparılıb.

Nazir Sahil Babayev Dünya Bankı ilə əməkdaşlığın Azərbaycanın sosial-iqtisadi inkişafına mühüm töhfə verdiyini bildirərək, tərəfdaşlığın enerji keçidi, nəqliyyat bağlantılarının gücləndirilməsi, infrastrukturun modernləşdirilməsi, sosial müdafiə, məşğulluq və institusional islahatlar istiqamətlərində uğurla inkişaf etdiyini qeyd edib. O, enerji sektoru üzrə əməkdaşlığın əhəmiyyətinə toxunaraq “AZURE” layihəsinin Azərbaycanın yaşıl enerji keçidi strategiyasında xüsusi yer tutduğunu vurğulayıb. Bildirilib ki, layihə çərçivəsində bərpa olunan enerji mənbələrinin milli elektrik ötürücü şəbəkəsinə inteqrasiyası, elektrik ötürücü infrastrukturunun genişləndirilməsi istiqamətində işlər ardıcıl şəkildə həyata keçirilir.

Dünya Bankının dəstəyi ilə həyata keçirilən “Regional bağlantı və inkişaf” layihəsinə toxunan S.Babayev Salyan–Biləsuvar yol dəhlizinin yenidən qurulmasının başa çatdırılmasının regional bağlantıların gücləndirilməsi və logistika infrastrukturunun yaxşılaşdırılması baxımından mühüm əhəmiyyət daşıdığını bildirib. Həmçinin, M3 magistral avtomobil yolunun Biləsuvar–Astara hissəsinin bərpası üzrə potensial maliyyələşmə imkanları nəzərdən keçirilib və regional nəqliyyat dəhlizlərinin iqtisadi inteqrasiyanın gücləndirilməsi baxımından strateji rolu vurğulanıb.

Öz növbəsində, xanım R.Prays Azərbaycan ilə Dünya Bankı arasında əməkdaşlığın inkişafından məmnunluğunu ifadə edərək, enerji infrastrukturu, iqlim dayanıqlığı, yaşıl inkişaf, sosial müdafiə, məşğulluq və insan kapitalının gücləndirilməsi istiqamətlərində əməkdaşlığın daha da genişləndirilməsində maraqlı olduqlarını bildirib. O, Dünya Bankının WUF13-də iştirakının dayanıqlı şəhərsalma və infrastruktur inkişafı sahəsində tərəfdaşlığın genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını diqqətə çatdırıb.

Tərəflər həmçinin, gələcək strateji fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi məqsədilə Azərbaycan və Dünya Bankı arasında dialoqun davam etdirilməsinin vacibliyini vurğulayıblar.

 


     



21.11.2025
Elvira Rüstəmova
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri
05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
 
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri



14.11.2025
Günay Şahbazova
Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasında İdarə Heyətinin Sədri
01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
 
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment