Banklar


Bir İçərişəhərin rəqəmsallaşdırılmasına dair Anlaşma Memorandumu imzalayıb
20.05.2026

Qafqazın ilk tam inteqrasiya olunmuş bankçılıq, ödəniş, e-ticarət ekosistemi olan Bir və "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi arasında Anlaşma Memorandumu imzalanıb. Tərəfdaşlığın əsas məqsədi Azərbaycanın ən mühüm mədəniyyət ocaqlarından olan İçərişəhərdə sakinlər, sahibkarlar və turistlər üçün təqdim edilən təcrübəni rəqəmsal innovasiyalarla zənginləşdirməkdir.

Memoranduma əsasən, Bir ekosistemi UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil olan İçərişəhərdə ziyarətçilərin rahatlığını artırmaq üçün süni intellektə əsaslanan rəqəmsal həllər təqdim edəcək. Həyata keçirilməsi planlaşdırılan təşəbbüslərə ağıllı naviqasiya alətləri, çoxdilli rəqəmsal bələdçilər, QR-koda əsaslanan məlumat sistemləri, süni intellekt dəstəkli çatbot və istifadəçi təcrübəsini asanlaşdıracaq vahid mobil veb-sayt daxildir.

Bir ekosisteminin rəhbəri Fərid Hüseynov çıxışı zamanı layihənin əhəmiyyətini vurğulayaraq ölkəmiz adına vacibliyini qeyd edib: "Bu tərəfdaşlıq texnologiya və innovasiyalar vasitəsilə insanların gündəlik həyatını daha sadə, ağıllı və əlçatan etmək əzmimizi əks etdirir. Biz bankçılıq, ödəniş və e-ticarət ekosistemimizin üstünlüklərini bir araya gətirərək daha rahat və inteqrasiya olunmuş şəhər mühiti yaratmaqla Azərbaycanın rəqəmsal transformasiyasına dəstək olmaqdan qürur duyuruq. İçərişəhər ölkəmizin ən mühüm mədəniyyət rəmzlərindəndir. İnanırıq ki, sakinlər və qonaqların bu tarixi məkan və onun xidmətləri ilə təmasına innovativ həllər qatmaq böyük perspektivlər vəd edir".

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Rüfət Mahmud isə Bir ekosistemlə baş tutan bu əməkdaşlığın xalqımızın tarixi irsinə mühüm töhfə olduğunu qeyd edib: "İçərişəhər hazırda tarixi irsin qorunmasını, rəqəmsal idarəetməni və davamlı şəhər idarəçiliyini innovativ texnologiyalar və məlumatlara əsaslanan həllərlə birləşdirən "Ağıllı Qoruq" (Smart Reserve) modelinə doğru irəliləyir. Tarixi irsimizin qabaqcıl texnologiyalarla vəhdəti həm sakinlər, həm yerli sahibkarlar, həm də hər il Bakıya səfər edən milyonlarla turist üçün qüsursuz və yaddaqalan təcrübə formalaşdıracaq. Biz Bir ekosistemi ilə bu mühüm təşəbbüsdə tərəfdaşlıq etməkdən məmnunuq və həm əlçatanlığı artıran, həm də unikal mədəni irsimizin qorunmasına xidmət edən ağıllı texnologiyaların tətbiqini səbirsizliklə gözləyirik".

Bu Anlaşma Memorandumu hazırda 5 milyondan çox insana xidmət göstərən Bir ekosisteminin əhatə dairəsini daha da genişləndirəcək. Layihə çərçivəsində İçərişəhərin rəqəmsal bankçılıq və ödəniş infrastrukturunun gücləndirilməsi, muzey və tədbir biletlərinin satışının rəqəmsallaşdırılması, həmçinin Vahid Ziyarətçi Mərkəzinin və loyallıq proqramının istifadəyə verilməsi nəzərdə tutulur. Bütün bunlar İçərişəhəri ziyarət edənlərə qüsursuz rəqəmsal təcrübənin təqdim olunmasına xidmət edəcək.

Qeyd edək ki, hazırda Bakı BMT-nin 13-cü Ümumdünya Şəhərsalma Forumuna (WUF13) ev sahibliyi edir. Sürətli urbanizasiyanın cəmiyyətə, şəhərlərə, iqtisadiyyata və iqlim dəyişikliyinə təsirlərini öyrənmək məqsədi ilə hələ 2001-ci ildə BMT tərəfindən təsis edilən bu mötəbər qlobal tədbir Qafqaz regionunda ilk dəfədir keçirilir. İçərişəhərin rəqəmsallaşdırılması layihəsi də məhz WUF13 çərçivəsində geniş ictimaiyyətə təqdim olunub.

Bir Azərbaycanda fərdi və korporativ müştərilərin gündəlik xidmətlərdən istifadə davranışlarını kökündən dəyişən, Qafqazın ilk tam inteqrasiya olunmuş rəqəmsal ekosistemidir. Ölkənin aparıcı brendlərini – Birbank rəqəmsal mobil bankçılıq tətbiqi, Birmarket e-ticarət platforması, Milliön ödəniş terminalları və m10 rəqəmsal pul kisəsini özündə birləşdirərək 2025-ci ildə fəaliyyətə başlayan ekosistem hazırda 5 milyondan çox müştəriyə xidmət göstərir. Geniş infrastruktur imkanları, eləcə də Trendyol Azərbaycan və BakıKartla qurulmuş strateji tərəfdaşlıqlar sayəsində Bir, Azərbaycanın ilk və ən irimiqyaslı rəqəmsal ekosisteminin əsasını qoyur.

Ətraflı məlumat üçün: https://bir.az/ 


     



21.11.2025
Elvira Rüstəmova
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri
05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
 
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri



14.11.2025
Günay Şahbazova
Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasında İdarə Heyətinin Sədri
01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
 
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment