Kotirovka sorğusunun adı: “Kuryer xidmətləri”
Kotirovka sorğusunda iştirak etmək istəyən iddiaçılar öz qiymət kotirovkalarını 5 iyun 2026-cı il tarixi saat 18:00-a qədər qapalı zərfdə imzalanmış və ya möhürlənmiş şəkildə Bakı şəhəri, Nəsimi rayonu, Füzuli küçəsi 71, AZ1014 ünvanında yerləşən “Rabitəbank” ASC-nin Baş ofisinə təqdim etməlidirlər.
Kotirovka sorğusunda iştirak etmək istəyən iddiaçılar aşağıda qeyd edilənləri diqqət yetirməlidirlər:
Əsas məlumatlar
• Şirkətin yaranma tarixi
• Tam adı, hüquqi statusu,cnizamnaməsi, reysterdən çıxarışı, qeydiyyatdan keçdiyi ölkə və bank rekvizitləri
• Son 1 ildəki maliyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış
• Son 1 ildəki maliyə vəziyyəti barədə vergi orqanları tərəfindən təsdiq edilmiş maliyə hesabatının sürəti
• Vegilərə görə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması barədə vergi orqanından arayış
• İxtisas uyğunluğu (xidmət göstərdikləri sahə tələbə uyğun gəlirmi)
• Şirkət heyəti haqqında məlumat (neçə nəfər əməkdaşı var)
• Aktiv işlədikləri şirkətlər (referanslar)
Kotirovka sorğusunda iştirak etmək istəyən iddiaçılar iştirak niyyətini bildirmək üçün procurement@rabitabank.com elektron ünvanının “subject” hissəsində -“ Rabitəbank” ASC tərəfindən “Kuryer xidmətləri” qeyd etməklə “iştirakımı təsdiq edirəm” mətnini göndərməlidir.
İddiaçıların imzalanmış və ya möhürlənmiş şəkildə qapalı zərfdə təqdim etdiyi qiymət kotirovkaları bütün digər xərclər də daxil edilməklə (ƏDV və ya sadələşdirilmiş olmasından asılı olmayaraq) manatla göstərilməsi mütləqdir.
Hər hansı bir sualınız yaranarsa, (051) 271-48-48 nömrəsi ilə əlaqə saxlaya və ya procurement@rabitabank.com elektron poçt ünvanına müraciət edə bilərsiniz.