Azərbaycan Bank və Maliyyə Tədris Mərkəzinin təşkilatçılığı, Azərbaycan Banklar Assosiasiyasının dəstəyi ilə 13-14 may 2026-cı il Çağrı Mərkəzi və müştəri müraciətlərinin idarə edilməsi mövzusunda bankların bu istiqamətdəki rəhbər şəxsləri üçün təşkil edilən Gürcüstan Respublikasına səfər təşkil edilmişdir.
Səfər çərçivəsində iştirakçılar aşağıdakı mövzularla tanış olmuşlardır.
Çağrı mərkəzlərində süni intellektin tətbiqi (AI-IVR və səs analitikası);
Onlayn satışlarda və rəqəmsal kanallarda süni intellektin tətbiqi (çatbotlar);
Müştəri xidmətləri strategiyası və idarəetməsi;
Müştəri təcrübəsi (CX);
Müştəri xidmətlərində mükəmməllik, KPI-lar və performans idarəetməsi;
CRM və məlumat analitikası;
Salome Makaridze tərəfindən təqdim olunan Gürcüstan bank bazarı üzrə 2026-cı il illik araşdırmasının əsas nəticələri və yekunları.
Səfər çərçivəsində aşağıdakı qurumların nümayəndələri ilə görüşlər təşkil edilmişdir:
Bank of Georgia;
TBC Bank;
Gürcüstan Banklar Assosiasiyası.
Qeyd edək ki, ABFTC 2000-ci ildə Avropa Birliyinin təşəbbüsü ilə yaradılmış və Azərbaycan Banklar Assosiasiyası-nın törəmə müəssisəsidir. Mərkəz indiyədək 260-dən çox mövzu üzrə 2 600-dən artıq təlim kursu təşkil etmiş və 38 000-dən çox dinləyicinin iştirakını təmin etmişdir.