Digər xəbərlər


XI Milli Marketinq Forumunun spikerləri bəlli oldu!
19.05.2026

Azərbaycanın marketinq ekosisteminin aparıcı platformalarından hesab olunan Milli Marketinq Forumu bu il “Facemark” şirkətinin təşkilatçılığı ilə 11-ci dəfə keçiriləcək. Forum 6 iyun tarixində Bakı Konqres Mərkəzində iştirakçılarını bir araya gətirəcək.

Bu ilin forumu “AI işığında” konsepti ilə reallaşacaq. Tədbir çərçivəsində marketinq, kommunikasiya və biznes sahələrinin yerli və xarici ekspertləri çıxış edəcək, aktual mövzular ətrafında fikir mübadiləsi aparılacaq. Forumun əsas mövzusu süni intellektin biznes dünyasında yaratdığı yeni imkanlar, brendlərin kommunikasiya strategiyalarına təsiri və dəyişən istehlakçı gözləntiləri olacaq.

Forumun baş sponsoru ABB, Gold sponsoru “Times Consulting”, sponsoru “İnsure.az”, dəstəkçisi isə “Markup” şirkətidir.

Tədbirin proqramı çərçivəsində 3 əsas panel müzakirəsi keçiriləcək. “AI işığında brendlər”, “Marketinq kommunikasiyaları” və “Kreativ sənayenin təkamülü” panellərində sahənin aktual mövzuları və yeni dövrün yanaşmaları müzakirə olunacaq.

I Panel

Moderator: Aysel Süleymanova - Bakcell Kommunikasiya direktoru

Spiker: Əliyar Hüseynov - P&G Marketinq və Kommersiya Direktoru

Spiker: Orxan Məmmədov - CFI Financial Group Azərbaycan üzrə Marketinq Direktoru

Spiker: Əli Daşdəmirov - Profex Group Marketinq direktoru

Spiker: Vəfa Səfərli - ABB-nin Marketinq direktoru

II Panel

Moderator: Şaban İmkani - Bakı Metropoliteni QSC Kommunikasiya departamentinin rəisi

Spiker: Aslan Həsənli - Baku Electronics Marketinq departamentinin direktoru

Spiker: Sənubər Nəzərli -Veysəloğlu Şirkətlər Qrupu Korporativ Kommunikasiyalar üzrə Qrup direktoru

Spiker: Natəvan Bayramova - Referans Medical Group Marketinq və Kommunikasiya departamentinin rəhbəri

Spiker: Nigar Məmmədova – Birbank, FinTech biznesi üzrə marketinq rəhbəri

Spiker: Arzu Salman - Gardashlar Mebel Marketinq və Kommunikasiya departamenti direktoru

Spiker: Ramin Fərəcullayev - Başkent Marketinq Rəhbəri

III Panel

Moderator: Fərhad Şabanov - Endorphin Partnyor/İcraçı direktor Cannes Lions Festivalın Azərbaycan üzrə rəsmi nümayəndəsi

Spiker: Zaur Məmmədvəliyev - Rejissor Kreativ prodüser

Spiker: Sarvan Hüseyn - Kinorejissor və fotoqraf, retuşçu Süni intellekt üzrə mütəxəssis

Spiker: Fariz Əliyev - Prodüser Ssenarist

Spiker: Pərviz İsaqov (Promete) - mikpro Musiqi Yayım Şirkəti Həmtəsisçi, Reper, Musiqi Prodüseri

ABB-nin AI solutions komandasında baş məhsul sahibi Şəfiqə Aydəmirli və Bolt şirkətinin Biznes vertikalı (Bolt Business) üzrə rəhbəri Salman Babazadə Jr. forumda məruzəçi qismində çıxış edəcəklər.

Qeyd edək ki, forum üçün əldə olunan biletlər iştirakçılara “Bloger və İnfluenserlər Forumu”nda da iştirak imkanı yaradır. Eyni məkanda və eyni gündə keçiriləcək hər iki tədbir iştirakçılara həm marketinq dünyasının peşəkar tərəfini, həm də rəqəmsal kontent və influenser ekosistemini bir arada kəşf etmək fürsəti təqdim edəcək.

Artıq 11 ildir keçirilən Milli Marketinq Forumu ölkəmizdə marketinq və kommunikasiya sahəsinin ən nüfuzlu platformalarından biri olaraq fəaliyyətini davam etdirir. Forum hər il sektorun aparıcı mütəxəssislərini, biznes nümayəndələrini və gənc peşəkarları bir araya gətirərək yeni baxışların, faydalı əlaqələrin və innovativ ideyaların yaranmasına imkan yaradır.

Milli Marketinq Forumu illər ərzində özünü yalnız tədbir deyil, həm də sahənin inkişafına istiqamət verən önəmli bir görüş nöqtəsi kimi təsdiqləyib.

Biletləri əldə etmək üçün millimarketinqforumu.az saytına daxil ola bilərsiniz.

 


     



21.11.2025
Elvira Rüstəmova
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri
05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
 
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri



14.11.2025
Günay Şahbazova
Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasında İdarə Heyətinin Sədri
01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
 
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment