Banklar


RABİTƏBANK VISA BEYNƏLXALQ ÖDƏNİŞ SİSTEMİNİN “PRINCIPAL MEMBER” STATUSUNU ƏLDƏ EDİB
18.05.2026

“Rabitəbank” ASC beynəlxalq maliyyə və ödəniş ekosistemində strateji əhəmiyyət daşıyan növbəti uğura imza ataraq Visa beynəlxalq ödəniş sisteminin rəsmi “Principal member” statusunu əldə edib.

Bu status Rabitəbankın Visa ilə birbaşa əməkdaşlıq modelinə keçdiyini və artıq bankın Visa şəbəkəsində sponsor bank vasitəçiliyi olmadan fəaliyyət göstərəcəyini ifadə edir. Bununla da, Rabitəbank Visa-nın qlobal ödəniş infrastrukturuna birbaşa çıxış əldə edərək kart biznesi, rəqəmsal ödəniş həlləri və beynəlxalq əməliyyatlar istiqamətində imkanlarını daha da genişləndirib.

Visa “Principal member” statusu bank üçün bir sıra strateji üstünlüklər yaradır. Bu üstünlüklər sırasında Visa infrastrukturuna birbaşa inteqrasiya, ödəniş biznesinin daha çevik və effektiv idarə olunması, vasitəçi tərəflərdən asılılığın minimuma endirilməsi, yeni nəsil kart məhsullarının daha sürətli bazara çıxarılması və beynəlxalq ödəniş həlləri üzrə innovativ xidmətlərin genişləndirilməsi xüsusi yer tutur.

Eyni zamanda əldə olunan yeni status Rabitəbankın beynəlxalq maliyyə sektorunda mövqeyinin güclənməsinə, Visa ilə strateji tərəfdaşlığının daha yüksək səviyyəyə yüksəlməsinə və bankın qlobal ödəniş ekosistemində birbaşa iştirakçı kimi fəaliyyət imkanlarının artmasına xidmət edir.

“Rahat bankçılıq” konsepsiyasına uyğun olaraq innovativ və müştəriyönümlü həllər təqdim edən Rabitəbank rəqəmsal bankçılıq, kart texnologiyaları və müasir ödəniş həlləri istiqamətində inkişafını davam etdirir. Bank gələcək dövrdə də beynəlxalq tərəfdaşlıqlarını genişləndirərək müştərilərinə daha təhlükəsiz, sürətli və innovativ xidmətlər təqdim etməyi hədəfləyir.

Məlumat üçün bildirək ki, “Rabitəbank” ASC 1993-cü ildən etibarən fəaliyyət göstərir və “Rahat bankçılıq” konsepsiyası əsasında müştərilərinə müasir və əlçatan maliyyə xidmətləri təqdim edir. Bankın nizamnamə kapitalı 101,3 milyon manatdır. Ölkə üzrə geniş filial şəbəkəsi, rəqəmsal bankçılıq həlləri və peşəkar komandası ilə Rabitəbank müştərilərinə dəyər yaradan xidmətlər təqdim etməyə davam edir. Bankın əsas səhmdarları “Azərbaycan Banklar Assosiasiyası”nın prezidenti Nuriyev Zakir Əlibala oğlu və iş adamı, sahibkar Əliyev Rauf Zeynal oğludur.

Hal-hazırda “Rabitəbank” ASC 19 region və Bakı şəhəri üzrə ümumilikdə 31 xidmət məntəqəsi, 78 ATM-i, “Rabita Mobile”, “Rabita Junior” və “Rabita Business” tətbiqləri, İnternet Bankçılıq platforması və 133 nömrəli Çağrı Mərkəzi ilə öz müştərilərinə ən müasir standartlar səviyyəsində geniş spektrli bank xidmətləri təqdim edir.

 


     



21.11.2025
Elvira Rüstəmova
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri
05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
 
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri



14.11.2025
Günay Şahbazova
Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasında İdarə Heyətinin Sədri
01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
 
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment