Digər xəbərlər


“Təcili allerqologiya və kəskin toksiko-allergik vəziyyətlər: diaqnostika və müalicəyə müasir yanaşmalar” mövzusunda elmi-praktik simpozium keçirilib
18.05.2026

15 may 2026-cı il tarixində Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin və Mərkəzi Gömrük Hospitalının birgə təşkilatçılığı, Azərbaycan Tibb Universiteti, Azərbaycan Toksikoloqlar Dərnəyi, Azərbaycan Reanimatoloqlar və Anestezioloqlar Cəmiyyətinin dəstəyi ilə “Təcili allerqologiya və kəskin toksiko-allergik vəziyyətlər: diaqnostika və müalicəyə müasir yanaşmalar” mövzusunda elmi-praktik simpozium keçirilib.

Elmi-praktik simpoziumda Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d., dosent İsmayıl Əfəndiyev açılış nitqi ilə çıxış edərək, iştirakçıları salamlayıb və simpoziumun işinə uğurlar arzulayıb. O, çıxışında simpoziumun əsas məqsədinin təcili allerqologiya sahəsində müasir diaqnostika və müalicə metodlarının müzakirəsi, bu istiqamətdə qabaqcıl tibbi yanaşmaların paylaşılması, eləcə də mütəxəssislər arasında elmi-praktik əməkdaşlığın genişləndirilməsi olduğunu vurğulayıb. İsmayıl Əfəndiyev tədbirin həkim və rezidentlərin davamlı tibbi təhsil ehtiyaclarının təmin edilməsi baxımından da mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib.

Hibrid formatda həyata keçirilmiş simpoziumun rəsmi açılış hissəsində eyni zamanda Azərbaycan Tibb Universitetinin Allerqologiya və immunologiya kafedrasının müdiri, t.e.d., professor, əməkdar həkim, əməkdar elm xadimi Lalə Allahverdiyeva da çıxış edib, simpoziumun elmi proqramının zənginliyindən bəhs edərək iştirakçıları aktiv olmağa dəvət edib. 

Rəsmi açılış hissəsindən sonra simpozium elmi hissə ilə öz işini davam etdirib. Azərbaycan Tibb Universitetinin Allerqologiya və immunologiya kafedrasının müdiri, t.e.d., professor, əməkdar həkim, əməkdar elm xadimi Lalə Allahverdiyeva və Dövlət Təhlükəsizlik Xidmətinin Hərbi Baş Tibb İdarəsinin Terapiya şöbəsinin rəisi, t.ü.f.d. Nigar Bağırovanın moderatorluğu ilə baş tutmuş “Ağır allergik və toksiko-allergik sindromlar: diaqnostika, klinika və müalicə alqoritmi” mövzusunda birinci panelində Milli Onkologiya Mərkəzinin anestezioloq-reanimatoloqu Nərminə Əzizova tərəfindən “Anafilaksiya zamanı təcili tibbi yardımın göstərilməsinin müasir alqoritmləri”, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d., dosent İsmayıl Əfəndiyev tərəfindən “Ağır kəskin toksiko-allergik vəziyyətlər: Stivens-Conson sindromu və toksik epidermal nekroliz (Layell sindromu)”, Azərbaycan Tibb Universitetinin Allerqologiya və immunologiya kafedrasının allerqoloqu, dosent Aynur Ağayeva tərəfindən “DRESS-sindrom: klinika, diaqnostika və müalicə” və Azərbaycan Tibb Universitetinin Allerqologiya və immunologiya kafedrasının müdiri, t.e.d., professor, əməkdar həkim, əməkdar elm xadimi Lalə Allahverdiyeva tərəfindən “Allergen immunoterapiyanın (AİT) perspektivləri” mövzularında məruzələr təqdim edilib.  

Simpoziumun “Allergik və toksiko-allergik vəziyyətlər: xüsusi hallar və onların terapevtik strategiyaları” mövzusunda ikinci paneli Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d., dosent İsmayıl Əfəndiyev və Azərbaycan Tibb Universitetinin Allerqologiya və immunologiya kafedrasının allerqoloqu, dosent Aynur Ağayevanın moderatorluğu ilə keçirilib. İkinci paneldə isə Azərbaycan Tibb Universitetinin Allerqologiya və immunologiya kafedrasının pediatrı, assistent Zərifə Məmmədova tərəfindən “Uşaqlarda və böyüklərdə qida mənşəli anafilaksiya”, Dövlət Təhlükəsizlik Xidmətinin Hərbi Baş Tibb İdarəsinin Terapiya şöbəsinin rəisi, t.ü.f.d  Nigar Bağırova tərəfindən “Toksiko-allergik sindromlar zamanı ekstrakorporal detoksikasiya üsullarının tətbiqi”, Mərkəzi Gömrük Hospitalın anestezioloq-reanimatoloqu Xəyal Məmmədov “Kontrast maddələrin yeridilməsi zamanı anafilaktoid reaksiyalar”, Azərbaycan Tibb Universitetinin Allerqologiya və immunologiya kafedrasının immunoloqu, assistent Ləman Cəfərova tərəfindən “Xronik spontan övrənin müalicəsinə yeni yanaşma” və KTM-nin Toksikologiya şöbəsinin həkimi, Azərbaycan Milli Antidoping Agentliyinin Müşahidə Şurasının üzvü İnarə Ağabalayeva tərəfindən “Həşərat sancmaları zamanı anafilaksiya” mövzularında təqdimatlar edilib və məruzəçilər tərəfindən suallar cavablandırılıb.

Qeyd edək ki, allerqoloq, toksikoloq, anestezioloq-reanimatoloq, terapevt, pediatr və təcili tibbi yardım həkim və rezidentləri üçün nəzərdə tutulmuş elmi-praktik simpoziumda 300-ə yaxın mütəxəssis iştirak edib və tədbir Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Davamlı Tibbi Təhsil üzrə elm və tədris tədbirlərinin akkreditasiya Qaydaları" əsasında akkreditasiya qaydaları üzrə akkreditasiya edilərək 4 DTT balı ilə qiymətləndirilib.

 


     



21.11.2025
Elvira Rüstəmova
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri
05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
 
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri



14.11.2025
Günay Şahbazova
Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasında İdarə Heyətinin Sədri
01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
 
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment