Digər xəbərlər


“ASAN xidmət” “Süni intellekt günü” konfransına tərəfdaşlıq edib
18.05.2026

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin təşkilati tərəfdaşlığı ilə Heydər Əliyev adına Müasir Təhsil Kompleksində Süni İntellekt (Sİ) Günü –“Day of AI” konfransı keçirilib.

Azərbaycanda ilk dəfə təşkil olunan konfransın məqsədi süni intellektin təhsil ekosistemində praktiki tətbiqi imkanlarının müzakirəsi, Sİ savadlılığının təşviqi və müxtəlif sektorlar arasında əməkdaşlıq platformasının yaradılması olub.

Tədbirdə dövlət qurumlarının və ali təhsil müəssisələrinin nümayəndələri, məktəb rəhbərləri və müəllimlər, innovasiya mərkəzlərinin və texnologiya sahəsininin yerli və beynəlxalq ekspertləri bu istiqamətdə süni intellektin rolunu və gələcəyini müzakirə ediblər.

“İnnovasiyalar Mərkəzi”nin direktorunun müşaviri və “ASAN AI Hub”ın rəhbəri Ləman İbrahimova “Real nəticələrə nail olmaq: Süni intellekt strategiyasının praktik tətbiqi” mövzusunda panel müzakirəsində çıxış edib. Diqqətə çatdırılıb ki, “ASAN AI Hub” süni intellekt savadlılığının artırılması istiqamətində beynəlxalq təşkilatlarla əməkdaşlıq edir və bu çərçivədə müxtəlif süni intellekt kursları, təlim proqramları təqdim olunur. Həmçinin müəllimlər və tələbələr üçün fərdiləşdirilmiş öyrənmə imkanlarının genişləndirildiyi, effektiv və əlçatan mühitin formalaşdırıldığı vurğulanıb .

ASAN İnnovativ İnkişaf Mərkəzinin təlimçisi Nofəl Əliyev “Süni intellekt savadlılığı 101: Hər bir müəllim üçün zəruri kompetensiyalar” mövzusunda təlim keçib. Süni intellekt alətlərinin tədris prosesində tətbiqi, dərslərin daha effektiv təşkili, vizual materialların hazırlanması və müəllimlərin iş yükünün optimallaşdırılması ilə bağlı praktiki məlumatlar təqdim olunub.

Sərgi zonası çərçivəsində innovasiya mərkəzləri, süni intellekt və STEAM sahəsində fəaliyyət göstərən şirkətlər, təhsil müəssisələri və texnologiya platformaları müxtəlif layihə və innovativ həllərini nümayiş etdirilib. “İnnovasiyalar Mərkəzi”nin “Bilim Azərbaycan” layihəsi, “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi, ASAN İnnovativ İnkişaf Mərkəzi və digər layihələri tədbirdə mərkəzin xüsusi stendində təqdim olunub.

 


     



21.11.2025
Elvira Rüstəmova
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri
05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
 
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri



14.11.2025
Günay Şahbazova
Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasında İdarə Heyətinin Sədri
01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
 
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment