Fond birjası


Bakı Fond Birjası Dayanıqlı Maliyyə mövzusunda panel müzakirəsində iştirak edib
18.05.2026

15 may 2026-cı il tarixində Bakı Fond Birjası Britaniya-Azərbaycan Ticarət Palatasının Davamlılıq və Enerji Komitəsi tərəfindən təşkil olunan Dayanıqlı Maliyyə mövzusunda panel müzakirəsində iştirak edib.

Müzakirələrdə Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Biznesin İnkişafı Fondu, Bakı Fond Birjası və AZAL nümayəndələri iştirak edərək yaşıl maliyyənin Azərbaycanın iqlim və iqtisadi inkişaf hədəflərinə necə dəstək verə biləcəyi mövzusunda fikir mübadiləsi aparıblar.

Panel zamanı Azərbaycanın “Network for Greening the Financial System” (NGFS) təşkilatına üzvlüyü, milli Yaşıl Taksonomiyanın hazırlanması, ESG risklərinin inteqrasiyası və yaşıl təşəbbüslərin maliyyələşdirilməsi imkanları kimi istiqamətlərdə əldə olunan irəliləyişlər vurğulanıb.

Kapital bazarlarının potensialı ilə bağlı çıxış edən Bakı Fond Birjasının Ticarət və Dəstək şöbəsinin rəhbəri Fərid Abbaszadə dayanıqlı kapital bazarının qlobal miqyasda həcminin 9.1 trilyon ABŞ dollarına çatdığını qeyd edib. O, Azərbaycanın yaşıl istiqrazlar və dayanıqlılıqla əlaqəli istiqrazlar (Sustainability-Linked Bonds – SLB) kimi alətlər vasitəsilə yaşıl investisiyaların cəlb olunması üçün mühüm potensiala malik olduğunu bildirib.

Tədbirdə həmçinin Azərbaycanda etibarlı və güclü dayanıqlı maliyyə ekosisteminin formalaşdırılması üçün müxtəlif sektorlar arasında əməkdaşlığın əhəmiyyəti xüsusi vurğulanıb.

 


     



21.11.2025
Elvira Rüstəmova
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri
05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
 
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri



14.11.2025
Günay Şahbazova
Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasında İdarə Heyətinin Sədri
01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
 
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment