Hər kəs üçün təhsil mesajı: inkluzivliyə dair ilk üçdilli kitab təqdim olundu.
15 May tarixində Üçüncü Bahar İctimai birliyinin təşkilati dəstəyi ilə Azərbaycan Dillər Universitetinin Dünya dilləri kafedrasının bir qrup müəllimləri tərəfindən ictimai əsaslarla hazırlanmış “Cırtdanın səyahəti” kitabının təqdimat mərasimi keçirildi.
Məlum olduğu kimi, inklüziv təhsil müasir dünyada humanist təhsil paradiqmasının əsas tərkib hissələrindən biri kimi qiymətləndirilir.
Beynəlxalq təcrübə göstərir ki, inklüziv təhsil dünyanın qabaqcıl ölkələrində bərabərlik və əlçatanlıq prinsiplərinə əsaslanaraq müxtəlif inklüziv modellər tətbiq edilir. İnklüziv təhsilin uğurlu tətbiqi kadr hazırlığını, uyğunlaşdırılmış proqramların hazırlanmasını və innovativ texnologiyaların fəal istifadəsini özündə birləşdirən sistemli yanaşmaya əsaslanır.
İnklüziv yanaşmaların tətbiqi məqsədilə Azərbaycan Dillər Universitetinin Dünya dilləri kafedrasının bir qrup müəllimləri tərəfindən ictimai əsaslarla ingilis, fransız, alman dillərində tədris-metodik vəsaitlər hazırlanmışdır. Layihənin əsas məqsədi inklüziv cəmiyyətdə maariflənmənin əlçatanlığını təmin etməkdir.
Layihənin rəhbəri professor Nərgiz Seyidova öz çıxışında inklüziv yanaşmaların xarici dillərin tədrisinə inteqrasiyasının xüsusi əhəmiyyətindən, müxtəlif təhsil ehtiyacları olan şəxslərdə kommunikativ kompetensiyaların formalaşmasına mühüm töhfə verirdiyini qeyd etmişdir. Hazırlanmış vəsaitlər fərdi xüsusiyyətləri və qavrama səviyyələri nəzərə alınmaqla tərtib olunmuş, dil bacarıqlarının mərhələli şəkildə formalaşdırılmasına xidmət edir. Materiallarda sadələşdirilmiş izahlar, vizual dəstək elementləri və praktik tapşırıqların yer alması inklüziv təhsil mühitində onların effektiv istifadəsini təmin etdiyini vurğulayıb.














Təqdimat zamanı yaşlı və gənc nəslin nümayəndələrinin iştirakı ilə, xarici dillərdə şeirlər və mahnılar ifa edilmişdir.