Digər xəbərlər


Mərkəzi Gömrük Hospitalının həkimləri professor Hikmət Əlizadəni kliniki ölümdən xilas etdi
15.05.2026

14 may 2026-cı il tarixində 70 yaşlı professor Hikmət Əlizadə iş yerində özünü narahat hiss etdikdən sonra Mərkəzi Gömrük Hospitalının Təcili tibbi yardım xidmətinə müraciət edib. Hadisə yerinə çatdırılan təcili tibbi yardım briqadası tərəfindən pasiyentdə döş qəfəsində güclü ağrı, arterial təzyiqin enməsi və ürək döyüntülərinin sürətlənməsi müşahidə olunub.

Mərkəzi Gömrük Hospitalının rəisi -Baş həkimi  Bəxtiyar Musayevin rəhbərliyi, Kardiologiya şöbəsinin rəisi, invaziv-kardioloq İlqar Tahiroğlu, Əməliyyatxana, Reanimasiya və Anesteziologiya şöbəsinin anestezioloq-reanimatoloqlar Xəyal Məmmədov, Günel Cəfərova,  Təcili tibbi yardım şöbəsinin rəisi, təcili tibbi yardım həkimi Füzuli Abışov və hospitalın peşəkar tibbi heyətinin operativ müdaxiləsi nəticəsində pasiyentə dərhal yüksək ixtisaslı tibbi yardım göstərilib. 

Mərkəzi Gömrük Hospitalına çatdırılarkən Hikmət Əlizadənin ürəyi dayanıb və dərhal təxirəsalınmaz reanimasiya tədbirlərinə başlanılıb. Təxminən 20-30 dəqiqə davam edən intensiv ürək masajı və reanimasiya tədbirləri nəticəsində pasiyentin həyati göstəricilərini bərpa etmək mümkün olub. 

Daha sonra pasiyent təcili olaraq angioqrafiya otağına aparılıb. Aparılan müayinələr zamanı ürək damarlarında ciddi tıxanma aşkarlanıb. İlqar Tahiroğlu tərəfindən həyata keçirilən təcili invaziv müdaxilə uğurla başa çatıb və ürək damarlarının keçiriciliyi bərpa olunub. Hazırda Hikmət Əlizadənin vəziyyəti stabildir, müalicəsi uğurla davam edir və onun bu gün evə buraxılması nəzərdə tutulur.

 


     



21.11.2025
Elvira Rüstəmova
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri
05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
 
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri



14.11.2025
Günay Şahbazova
Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasında İdarə Heyətinin Sədri
01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
 
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment