Digər xəbərlər


“Bilim Quba” mərkəzi - 1 il
14.05.2026

14 may 2026-cı il tarixində “Bilim Quba” mərkəzinin fəaliyyətə başlamasının 1 ili tamam olur.

Mərkəz “ASAN xidmət”in “İnnovasiyalar Mərkəzi”nin “Bilim Azərbaycan” layihəsi çərçivəsində fəaliyyət göstərir.

Quba “ASAN Həyat” kompleksində yerləşən mərkəzdə təbiət elmləri laboratoriyası, riyaziyyat laboratoriyası, astronomiya, kosmos və aviasiya laboratoriyası və dizayn laboratoriyası fəaliyyət göstərir. Hər bir laboratoriyada eyni vaxtda 20 nəfər olmaqla, ümumilikdə 80 şagird təlimlərdə iştirak edə bilər.

Ötən müddət ərzində mərkəzdə təşkil olunan müxtəlif istiqamətli tədbirlərdə fərdi olaraq 3000-ə yaxın uşaq, məktəblərdən isə 2000-dən çox şagird iştirak edib. 20-dən çox fərqli layihəyə isə 6000-ə yaxın şagird və valideyn qoşulub.

Ümumilikdə “Bilim Quba” mərkəzinin fəaliyyətlərindən yararlanan şagird sayı 11 300 nəfərdən çoxdur.

Burada gələcəyin tələblərinə uyğun layihə əsaslı və problem yönümlü təhsil yanaşmasını tətbiq edən “Deneyap” texnologiya proqramı da həyata keçirilir. 2025-ci ilin aprel ayında Qubada təşkil olunan seçim imtahanında 1000 şagird arasından seçilən 80 nəfər sözügedən proqramda təhsil almaq hüququ qazanıb. Bu çərçivədə şagirdlər 11 fərqli mövzu üzrə texnologiya və layihələrin inkişafına əsaslanan təlimlərə cəlb olunublar.

“Bilim Azərbaycan” layihəsi 2021-ci ilin 23 sentyabrında Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Türkiyə Texnologiya Komandası Fondu (T3 Fondu) arasında imzalanmış Anlaşma Protokolu əsasında həyata keçirilir. Məqsəd 6–14 yaş arası uşaqlarda elm, texnologiya, sahibkarlıq və innovasiya sahələrinə marağı artırmaq, onları XXI əsrin tələblərinə uyğun bilik və bacarıqlarla təmin etməkdir.

Layihənin ilk nümunəsi olan “Bilim Bakı” mərkəzi 2022-ci ilin 28 mayında Azərbaycan Prezidenti İlham Əliyevin, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Nobel mükafatı laureatı professor Əziz Sancarın iştirakı ilə istifadəyə verilib.

 


     



21.11.2025
Elvira Rüstəmova
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri
05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
 
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri



14.11.2025
Günay Şahbazova
Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasında İdarə Heyətinin Sədri
01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
 
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment