Banklar


Banklarda stres-testlərin aparılması üzrə yeni vahid tənzimləmə çərçivəsi qəbul edilib
14.05.2026

“2024 – 2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası”ndan irəli gələrək bank sektorunda maliyyə dayanıqlılığının gücləndirilməsi və beynəlxalq tənzimləmə standartlarına uyğunluğun artırılması məqsədilə Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti tərəfindən “Banklarda stres-testlərin aparılması Qaydası” (Qayda) təsdiq edilib. Bu Qayda mütərəqqi beynəlxalq təcrübə, o cümlədən Bazel Komitəsinin və Avropa Bank Nəzarəti Orqanının prinsipləri nəzərə alınmaqla hazırlanıb.

Əlavə olaraq, bu Qaydaya uyğunlaşdırma istiqamətində “Banklarda korporativ idarəetmə Standartları”nda, “Banklarda kredit risklərinin idarə edilməsi Qaydası”nda, “Banklarda likvidlik riskinin idarə edilməsi Qaydası”nda, “Banklarda əməliyyat risklərinin idarə edilməsi Qaydası”nda və “Banklarda bazar risklərinin idarə edilməsi Qaydası”nda dəyişikliklər də təsdiq edilib.

Yeni Qaydada banklarda stres-testləşmənin əsas prinsipləri və proqramların tərkibi, modelləşdirmə üsulları və stres-test modellərinin validasiyası üzrə tələblər, həssaslıq və ssenari təhlillərinin əhatəsi, əsas risk növləri (likvidlik, kredit, bazar və əməliyyat) üzrə stres-testlərə və risklərarası qarşılıqlı təsirlərə dair tələblər, habelə stres-test nəticələrinin Mərkəzi Banka hesabatlıq məsələləri öz əksini tapıb. Qaydada həmçinin bank daxilində və nəzarət prosesi çərçivəsində stres-test modelinin keyfiyyətinin və adekvatlığının qiymətləndirilməsinin təşkili üçün istifadə edilə bilən suallar da əhatə edilib.

Nəticə etibarilə, yeni Qayda stres-testlərin keçirilməsi və nəticələrin qiymətləndirilməsi üzrə vahid və sistematik tənzimləmə çərçivəsi yaratmaqla, bankların fərdi dayanıqlılığının və bütövlükdə sektorun riskə davamlılığının kompleks qiymətləndirilməsini təmin edəcəkdir.

Təsdiq olunmuş dəyişiklikləri aşağıdakı keçid vasitəsilə nəzərdən keçirmək mümkündür:

https://e-qanun.az/framework/61803


     



21.11.2025
Elvira Rüstəmova
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri
05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
 
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri



14.11.2025
Günay Şahbazova
Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasında İdarə Heyətinin Sədri
01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
 
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment