Qəbul zamanı sahibkarların müraciətləri dinlənilib, biznes fəaliyyəti ilə bağlı məsələlər müzakirə olunub.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) növbəti vətəndaş qəbulu keçirilib. Qəbul çərçivəsində sahibkarların biznes fəaliyyəti, investisiya təşəbbüsləri, maliyyə resurslarına çıxış, dövlət dəstəyi mexanizmləri və digər məsələlərlə bağlı müraciətləri və təklifləri dinlənilib.
KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov sahibkarlara dövlətin biznes subyektləri üçün təqdim etdiyi mövcud dəstək alətləri barədə ətraflı məlumat verib, onları maraqlandıran sualları cavablandırıb.
Qəbul zamanı sahibkarlar tərəfindən qaldırılan məsələlərin operativ həlli və biznes fəaliyyətinin dəstəklənməsi istiqamətində müvafiq tədbirlər görüləcək. Araşdırma tələb edən müraciətlər üzrə isə aidiyyəti qurumlarla birgə Agentliyin səlahiyyətləri çərçivəsində müvafiq işlər aparılacaqdır.