Digər xəbərlər


İqtisadiyyat Nazirliyində bp şirkətinin yeni baş icraçı direktoru ilə görüş keçirilib
12.05.2026

İqtisadiyyat Nazirliyi və SOCAR ilə “BP Exploration (Caspian Sea) Limited” şirkəti arasında sənədlər imzalanıb.

İqtisadiyyat naziri Mikayıl Cabbarov, SOCAR-ın prezidenti Rövşən Nəcəf və bp şirkətinin yeni baş icraçı direktoru Meq O’Nil arasında görüş keçirilib.

Görüş zamanı bp şirkətinin Azərbaycan iqtisadiyyatına və enerji sektoruna töhfəsi vurğulanıb, həyata keçirilən birgə layihələrin regional enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rolu qeyd olunub. Bildirilib ki, enerji resurslarından səmərəli istifadə və bu istiqamətdə beynəlxalq tərəfdaşlığın genişləndirilməsi Azərbaycanın enerji siyasətinin əsas prioritetlərindən biridir.

Görüşdə bp şirkətinin qlobal biznes əməliyyatları, Azərbaycanla uzunmüddətli səmərəli əməkdaşlığı, regionda həyata keçirilən enerji layihələri, o cümlədən  şirkətin işğaldan azad edilmiş ərazilərimizdə reallaşdırdığı layihələr və qarşılıqlı tərəfdaşlığın inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb. Tərəflər ölkəmizlə bp şirkəti arasında yeni tərəfdaşlıq istiqamətlərini müzakirə ediblər.

Görüş çərçivəsində İqtisadiyyat Nazirliyi və SOCAR ilə “BP Exploration (Caspian Sea) Limited” şirkəti arasında sənədlər imzalanıb.

İqtisadiyyat Nazirliyi ilə “BP Exploration Limited” şirkəti arasında imzalanmış yüksək məhsuldarlıqlı hesablama (HPC) infrastrukturunun inkişafı sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu rəqəmsal iqtisadiyyatın inkişafı istiqamətində yeni yaradılan HPC infrastrukturunun bp şirkətinin qabaqcıl təcrübəsi əsasında gücləndirilməsini nəzərdə tutur.

“BP Exploration Limited” şirkəti ilə SOCAR arasında imzalanmış Anlaşma Memorandumu isə enerji sahəsində əməkdaşlığın genişləndirilməsinə, innovativ həllərin tətbiqinə və Azərbaycanın qlobal enerji mərkəzi kimi mövqeyinin daha da möhkəmləndirilməsinə töhfə verəcək.

Qeyd edək ki, HPC (yüksək məhsuldarlıqlı hesablama) infrastrukturu böyük həcmli məlumatların və mürəkkəb hesablamaların çox qısa müddətdə emalı üçün yaradılan superkompüter infrastrukturudur. Bu infrastruktur süni intellekt, böyük verilənlərin analizi, geoloji və seysmik tədqiqatlar, neft-qaz yataqlarının modelləşdirilməsi, hava proqnozları, elmi araşdırmalar, kibertəhlükəsizlik və sənaye simulyasiyaları kimi yüksək hesablama gücü tələb edən sahələrdə istifadə olunur.

 


     



21.11.2025
Elvira Rüstəmova
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri
05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
 
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri



14.11.2025
Günay Şahbazova
Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasında İdarə Heyətinin Sədri
01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
 
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment