Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Böyük Qafqaz dağlarında yerləşən Heydər Əliyev zirvəsinə təşkil olunan ənənəvi yürüşdə Dövlət Gömrük Komitəsinin əməkdaşları - Aqil Məmmədli, Tural Ramazanov, İlkin Əhmədzadə, Leyla Hacıyeva da iştirak ediblər.
Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Azərbaycan Alpinizm Federasiyası tərəfindən həyata keçirilən yürüşün iştirakçıları Quba rayonunun Xınalıq kəndi yaxınlığında, Qızılqaya silsiləsində yerləşən, dəniz səviyyəsindən 3751 metr yüksəklikdə olan Heydər Əliyev zirvəsinə qalxaraq Ümummilli Liderin barelyefini ziyarət edib, əziz xatirəsini ehtiramla anıblar.