"GL" ASC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir
12.05.2026
12 may 2025-cı il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "GL" ASC-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.
Qeyd olunan qiymətli kağızların yerləşdirilməsi üzrə hərrac 15.05.2026-cı il tarixində keçiriləcəkdir.
İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentin profili” bölməsindən əldə edə bilərsiniz.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
Emitentin adı
"GL" ASC
Dövlət qeydiyyat nömrəsi – İSİN
AZ2041020283
İstiqrazların növü və forması
Faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlar
Ticarət üsulu/forması
Kütləvi/ Birqiymətli hərrac
İstiqrazların sayı
30,000 ədəd
İlkin ticarət qiyməti
100 manat
İstiqrazların buraxılış həcmi
3,000,000 manat
İllik gəlirlilik faizi
15%
Ödəmə Periodu
Faiz ödənişləri hər ayda bir dəfə (hər bir ayın 30 (otuz) gün olduğunu qəbul etmək şərti ilə) ödəniləcəkdir