Banklar


AccessBank-ın Müşahidə Şurasının xanım üzvləri qadın liderlərlə bir araya gəldilər
12.05.2026

Xanım əməkdaşların peşəkar inkişafı, onların korporativ mühitdə liderlik potensialının gücləndirilməsi və qərarvermə proseslərində fəal iştirakının təşviqi AccessBank üçün prioritet istiqamətlərdən biri kimi müəyyən edilib. Bu məqsədlə bankda rəhbər vəzifələrdə çalışan xanımları bir araya gətirən AccessBank Leading Women Club (AccessBank Lider Xanımlar Klubu) platforması yaradılıb.




2022-ci ildə yaradılan klub hazırda 40-dan çox rəhbər xanımı birləşdirir. Təşəbbüsün əsas məqsədi xanım əməkdaşlar arasında qarşılıqlı dəstək və əməkdaşlıq mühitinin gücləndirilməsi, komanda ruhunun inkişafı, eləcə də peşəkar şəbəkələşmənin genişləndirilməsidir.

Bu dəfə AccessBank Leading Women Club çərçivəsində bankın Müşahidə Şurasının xanım üzvləri Andrea Hagmann, Fernanda Molejon və Olga Tomaş ilə görüş (workshop) təşkil edilib.  Görüş zamanı spikerlər öz peşəkar inkişaf yolları və liderlik mövqelərinə qədər keçdikləri karyera mərhələləri barədə danışıb, karyera seçimində keçdikləri mərhələlər, eləcə də qadın və peşəkar kimi aşmalı olduqları maneələr barədə iştirakçılarla bölüşdülər.  Görüşün xüsusi qonağı isə Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) Yaxın Şərq və Mərkəzi Asiya üzrə regional direktoru Momina Aijazuddin olub. Görüş çərçivəsində o, mikro-maliyyə sahəsində qlobal tendensiyalar haqqında danışaraq, həmçinin maliyyə inklüzivliyi, bank sektorunda qadınların peşəkar inkişafı mövzuları ətrafında müzakirələr apardı, səslənən sualları cavablandırdı. 

AccessBank-ın rəhbər xanımları görüşdə beynəlxalq səviyyədə tanınmış qadın maliyyə liderlərinin karyera inkişafı, liderlik yanaşmaları, strateji qərarvermə təcrübələri və peşəkar yüksəliş yolları ilə yaxından tanış olublar. Müzakirələr qadın liderliyin təşkilati inkişafda rolu, inklüziv idarəetmə mədəniyyətinin formalaşdırılması və gələcək liderlərin yetişdirilməsi kimi mövzuları da əhatə edib.

AccessBank qadın liderlərin inkişafına yönəlmiş bu cür təşəbbüsləri davam etdirərək bank daxilində inklüziv və dayanıqlı liderlik mədəniyyətinin gücləndirilməsini hədəfləyir.

 


     



21.11.2025
Elvira Rüstəmova
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri
05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
 
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri



14.11.2025
Günay Şahbazova
Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasında İdarə Heyətinin Sədri
01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
 
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment