Digər xəbərlər


Mərkəzi Gömrük Hospitalında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş tibbi-sosial aksiya keçirilib
08.05.2026

7 may 2026-cı il tarixində Mərkəzi Gömrük Hospitalında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş ödənişsiz tibbi-sosial aksiya təşkil olunub. Aksiya "SOS Uşaq Kəndləri-Azərbaycan" Assosiasiyası ilə əməkdaşlıq çərçivəsində həyata keçirilib və valideyn himayəsindən məhrum olmuş azyaşlı uşaqların sağlamlığının qorunmasına, onların sosial rifahının dəstəklənməsinə xidmət edib.

Tədbirin açılış hissəsində Tibbi Xidmət İdarəsinin rəisi  Ceyhun Məmmədov, Mərkəzi Gömrük Hospitalının rəisi, baş həkim Bəxtiyar Musayev, Hospitalın rəis müavini Nahidə Mahmudova, Poliklinika şöbəsinin rəisi Tamilla Əliyeva, Tibbi Xidmət İdarəsinin İlk Həmkarlar İttifaqının sədri Şəhla Mirzəzadə, həkim pediatrlar - Aygün Sadıxova, Fərəh Vahabova, Minazər Abdullayeva, oftalmoloq Aynurə Əliyeva, otorinolarinqoloq Elvin Əzizov, travmatoloq Müseyib Əhmədov, kardioloq Nəsimi Cabbarov, sonoloq Tükəzban Abdullayeva, dermatoveneroloq Sevinc Kərimova, "SOS Uşaq Kəndləri-Azərbaycan" Assosiasiyasının həkimi Anjela Əliyeva, analar və uşaqlar iştirak ediblər.

Aksiyanın açılış mərasimində Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov çıxış edərək bildirib ki, Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi sosial siyasətin əsas istiqamətlərindən biri uşaqların sağlam böyüməsi, onların dövlət qayğısı ilə əhatə olunması və gələcəyin sağlam nəslinin formalaşdırılması olub. C.Məmmədov çıxışında vurğulayıb ki, Ulu Öndər əsasını qoyduğu humanizm və sosial həmrəylik prinsipləri bu gün də dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi davam etdirilir. 

Daha sonra Mərkəzi Gömrük Hospitalının rəisi, baş həkim Bəxtiyar Musayev çıxış edərək bildirib ki, uşaqların sağlamlığının qorunması hər zaman səhiyyə müəssisələrinin əsas prioritetlərindən biridir. B.Musayev qeyd edib ki, valideyn himayəsindən məhrum olmuş uşaqlara diqqət və qayğı göstərilməsi cəmiyyətin humanist dəyərlərinin göstəricisidir. 

Aksiya çərçivəsində azyaşlı uşaqlar peşəkar həkim heyəti tərəfindən müxtəlif tibbi müayinələrdən keçirilib. Onlara pediatr, oftalmoloq, travmatoloq, kardioloq, dermatoveneroloq və otolorinqoloq həkimlər tərəfindən tibbi baxış keçirilib, həmçinin zəruri diaqnostik xidmətlər göstərilib. Müayinələr zamanı uşaqların ümumi sağlamlıq vəziyyəti qiymətləndirilib, tibbi tövsiyələr verilib və zəruri hallarda əlavə nəzarət planlaşdırılıb.

Tədbirin sonunda uşaqlara müxtəlif hədiyyələr təqdim olunub, onlar üçün səmimi və qayğıkeş mühit yaradılıb. Bu təşəbbüs uşaqlarda sevinc hissi yaratmaqla yanaşı, onların cəmiyyət tərəfindən diqqət və dəstək gördüklərini hiss etmələrinə də töhfə verib.

 


     



21.11.2025
Elvira Rüstəmova
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri
05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
 
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri



14.11.2025
Günay Şahbazova
Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasında İdarə Heyətinin Sədri
01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
 
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment