Digər xəbərlər


İslam İnkişaf Bankı Qrupunun nümayəndə heyəti ilə görüş keçirilib
06.05.2026

İqtisadiyyat Nazirliyində İslam İnkişaf Bankı Qrupunun sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə əməkdaşlığın prioritet istiqamətləri, birgə  layihələr, İİB Qrupunun İllik Toplantılarının 2026-cı ildə Bakıda keçirilməsi ilə bağlı hazırlıq işləri barədə müzakirələr aparılıb.

İqtisadiyyat naziri Mikayıl Cabbarov İslam İnkişaf Bankı (İİB) Qrupunun sədri Məhəmməd Süleyman Əl-Casirin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.

Görüşdə iqtisadiyyat naziri Mikayıl Cabbarov İİB ilə iqtisadi əməkdaşlığın genişləndirilməsinin, o cümlədən enerji, infrastruktur, su təchizatı və digər istiqamətlərdə reallaşdırılan layihələrin  ölkəmizdə iqtisadiyyatın şaxələndirilməsində, özəl sektorun inkişafında mühüm rol oynadığını vurğulayıb. Ticarət və regional inteqrasiyanın, qlobal əlavə dəyər zəncirlərinə çıxışın, sabit makroiqtisadi mühitin  ölkəmizi xarici investorlar üçün cəlbedici investisiya məkanına çevirdiyi qeyd olunub. Bildirilib ki, Toplantıların Bakıda təşkili ölkəmizin investisiya potensialının regional və beynəlxalq miqyasda daha da tanıdılmasına töhfə verəcək.

İİB Qrupunun sədri Məhəmməd Süleyman Əl-Casir Toplantıların tərəfdaşlıqların gücləndirilməsi və Qrupa üzv ölkələrdə dayanıqlı inkişafı təşviq edəcək innovativ həllərin irəlilədilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. Toplantılar, eyni zamanda, qlobal çağırışların birgə müzakirəsi və ortaq inkişaf üçün yeni imkanların müəyyən edilməsi üçün mühüm platformadır.

Görüşdə Bakıda keçiriləcək İİB Qrupunun İllik Toplantılarının rəsmi mövzusunun “Dayanıqlı rifah naminə regional inteqrasiya”ya həsr olunduğu bəyan edilib.

Tərəflər İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarının 2026-cı ildə Bakıda keçirilməsi ilə bağlı hazırlıq işləri və nəzərdə tutulan tədbirlər, iqtisadiyyat, o cümlədən maliyyə sahəsində tərəfdaşlığın möhkəmləndirilməsi, gələcək əməkdaşlıq perspektivləri  barədə fikir mübadiləsi aparıblar.

Qeyd edək ki, İİB Qrupunun 51-ci İllik Toplantıları 16-19 iyun 2026-cı il tarixlərində Bakıda keçiriləcək. İnkişaf üzrə dialoq üçün aparıcı qlobal platforma rolunu oynayacaq tədbirlərdə maliyyə, iqtisadiyyat və digər sahələr üzrə məsul nazirlər, beynəlxalq maliyyə institutlarının və özəl sektorun rəhbər şəxsləri, eləcə də beynəlxalq təşkilatların təmsilçiləri iştirak edəcəklər.

 


     



21.11.2025
Elvira Rüstəmova
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri
05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
 
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri



14.11.2025
Günay Şahbazova
Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasında İdarə Heyətinin Sədri
01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
 
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment