"Bakı Fond Birjası" (BFB) QSC-nin İdarə Heyətinin qərarına əsasən, Birjanın Əsas Bazar seqmentinin listinqində yer alan AZ1004004581 ISIN kodlu "Azərbaycan Beynəlxalq Bankı" ASC-yə məxsus adi sənədsiz səhmlərin istinad qiyməti müəyyən edilmişdir.
Bakı Fond Birjasının "Qiymətli kağızlar və törəmə maliyyə alətləri üzrə ticarətin təşkili və keçirilməsi Qaydaları"nın 4.2.3-cü bəndinə uyğun olaraq, emitent tərəfindən elan edilmiş korporativ hadisə ilə əlaqədar sözügedən səhmlərin 6 may 2026-cı il tarixi üçün istinad qiyməti 0.28 (sıfır tam yüzdə iyirmi səkkiz) manat səviyyəsində müəyyən edilmişdir.
Qərar 06.05.2026-cı il tarixli ticarət günü üçün qüvvədədir.