Banklar


RABİTƏBANK MİKRO VƏ KOB SUBYEKTLƏRİNİN MALİYYƏLƏŞDİRİLMƏSİ ÜÇÜN “ENABLING QAPITAL”-DAN 7 MİLYON ABŞ DOLLARI VƏSAİT CƏLB EDİB
01.05.2026

“Rabitəbank” ASC mikro, kiçik və orta sahibkarlıq subyektlərinin maliyyə resurslarına çıxışını genişləndirmək məqsədilə beynəlxalq investisiya şirkəti “Enabling Qapital” ilə əməkdaşlıq çərçivəsində 7 milyon ABŞ dolları məbləğində maliyyə resursu cəlb edib.

Cəlb olunan vəsaitin əsas məqsədi mikro və KOB seqmentində fəaliyyət göstərən sahibkarların maliyyələşdirilməsinə dəstək vermək, onların dayanıqlı inkişafını təşviq etmək, eyni zamanda real sektorun böyüməsinə və iqtisadi aktivliyin güclənməsinə töhfə verməkdir.

Yeni maliyyə resursu çərçivəsində ayrılmış vəsaitin mikro və kiçik biznes subyektlərinin kredit resurslarına çıxış imkanlarını artırması, onların dövriyyə və investisiya ehtiyaclarının qarşılanmasına dəstək verməsi, həmçinin yeni biznes təşəbbüslərinin və məşğulluğun təşviqinə xidmət etməsi nəzərdə tutulur. Cəlb edilmiş vəsait bizneslərin genişlənməsi, istehsal və xidmət imkanlarının artırılması, yeni investisiya layihələrinin reallaşdırılması üçün əlavə imkanlar yaradacaq. Həmçinin cəlb edilmiş vəsaitlər bankın və sahibkarların valyuta risklərindən qorunmasını gücləndirmək məqsədilə, Azərbaycan Mərkəzi Bankı tərəfindən təqdim olunan hedc mexanizmindən istifadə edilməklə sahibkarlara manatla təqdim olunacaq.

İdarə Heyətinin sədri cənab Aydın Hüseynov qeyd edib ki, 21 aprel 2016-cı il tarixli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə hər il aprelin 25-i Azərbaycan Respublikasında “Sahibkarlar Günü” kimi qeyd edilir. Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin maliyyə resurslarına çıxışını genişləndirmək, eləcə də məşğulluğun təmin olunmasında onlara dəstək nöqteyi nəzərdən bu müqavilə əhəmiyyət kəsb edir. Xüsusilə qeyd edilməlidir ki, mikro və kiçik sahibkarlığın dəstəklənməsi iqtisadiyyatın inklüziv inkişafı, regionlarda biznes aktivliyinin artması və yeni iş yerlərinin yaradılması baxımından mühüm əhəmiyyət daşıyır. Bu baxımdan, cəlb olunan maliyyə xətti yalnız bank üçün deyil, bütövlükdə real sektor üçün də strateji önəm daşıyan əməkdaşlıq kimi qiymətləndirilir.

FINMA tərəfindən tənzimlənən və İsveçrədə fəaliyyət göstərən beynəlxalq maliyyə institutu “Enabling Qapital” ilə əməkdaşlıq Rabitəbankın xarici investorlar üçün etibarlı tərəfdaş kimi mövqeyini daha da gücləndirir. Eyni zamanda bu əməkdaşlıq bankın dayanıqlı və məsuliyyətli maliyyələşmə prinsiplərinə sadiqliyini bir daha nümayiş etdirir.

Rabitəbank üçün bu razılaşma beynəlxalq maliyyə institutları ilə əməkdaşlığın genişləndirilməsi, xarici resursların real iqtisadiyyata yönləndirilməsi və sahibkarlığın maliyyələşdirilməsi istiqamətində atılan növbəti mühüm addımdır.

Məlumat üçün bildirək ki, “Rabitəbank” ASC 1993-cü ildən etibarən fəaliyyət göstərir və “Rahat bankçılıq” konsepsiyası əsasında müştərilərinə müasir və əlçatan maliyyə xidmətləri təqdim edir. Bankın nizamnamə kapitalı 101,3 milyon manatdır. Ölkə üzrə geniş filial şəbəkəsi, rəqəmsal bankçılıq həlləri və peşəkar komandası ilə Rabitəbank müştərilərinə dəyər yaradan xidmətlər təqdim etməyə davam edir. Bankın əsas səhmdarları “Azərbaycan Banklar Assosiasiyası”nın prezidenti Nuriyev Zakir Əlibala oğlu və iş adamı, sahibkar Əliyev Rauf Zeynal oğludur.

Hal-hazırda “Rabitəbank” ASC 19 region və Bakı şəhəri üzrə ümumilikdə 31 xidmət məntəqəsi, 78 ATM-i, “Rabita Mobile”, “Rabita Junior” və “Rabita Business” tətbiqləri, İnternet Bankçılıq platforması və 133 nömrəli Çağrı Mərkəzi ilə öz müştərilərinə ən müasir standartlar səviyyəsində geniş spektrli bank xidmətləri təqdim edir.

FINMA tərəfindən tənzimlənən, İsveçrə mənşəli aparıcı təsir yönümlü aktivlərin idarəedicisi olan “Enabling Qapital” Ltd. investisiyaların maliyyə, sosial, ekoloji və iqtisadi dəyər yaratdığı bir dünyaya töhfə verməyi hədəfləyir. 900 milyon ABŞ dollarından artıq idarə olunan aktivlərə malik şirkət mikro-maliyyə, enerji və təmiz bişirmə həllərinə çıxış, eləcə də inkişaf etməkdə olan bazarların istiqrazları istiqamətində investisiya strategiyaları həyata keçirir. Şirkətin komandası 14 müxtəlif milləti təmsil edən, 21-dən çox dili bilən 65-dən artıq mütəxəssisdən ibarətdir. “Enabling Qapital” investisiyalara məna və dəyər qazandırır. www.enabling.ch

 


     



21.11.2025
Elvira Rüstəmova
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri
05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
 
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri



14.11.2025
Günay Şahbazova
Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasında İdarə Heyətinin Sədri
01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
 
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment