"FERRUM Kapital" QSC-nin istiqrazları üçün “Ticarətə İcazə” qərarı verilmişdir
01.05.2026
1 may 2026-cı il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "FERRUM Kapital” QSC-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.
İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentin profili” bölməsindən əldə edə bilərsiniz.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
Emitentin adı
"FERRUM Kapital” QSC
Dövlət qeydiyyat nömrəsi – İSİN
AZ2023022281
İstiqrazların növü və forması
Faizli, təminatsız, sənədsiz, adlı istiqrazlar
Ticarət üsulu/forması
Kütləvi / Birqiymətli Hərrac
İstiqrazların sayı
10,000 ədəd
İlkin ticarət qiyməti
100 manat
İstiqrazların buraxılış həcmi
1,000,000 manat
İllik gəlirlilik faizi
14%
Ödəmə Periodu
İlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 3 (üç) təqvim ayından bir (bir ayda 30 gün olduğunu qəbul etmək şərti ilə) ödənilir