Azərbaycan Respublikasının Nazirlər Kabineti “Azərbaycan Respublikası Maliyyə Nazirliyinin kollegiyasının tərkibi haqqında” 11 avqust 2016-cı il tarixli 300 nömrəli Qərarında dəyişiklik edib. Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, Nazirliyin kollegiya üzvlərinin sayı 15 nəfərdən ibarət müəyyənləşdirilib və aşağıdakı tərkibdə təsdiq edilib:
Kollegiyanın sədri
Azərbaycan Respublikasının maliyyə naziri
Kollegiyanın üzvləri:
Azərbaycan Respublikası maliyyə nazirinin birinci müavini
Azərbaycan Respublikası maliyyə nazirinin müavinləri
Naxçıvan Muxtar Respublikasının maliyyə naziri
Azərbaycan Respublikası Maliyyə Nazirliyi Aparatının rəhbəri
Azərbaycan Respublikası Maliyyə Nazirliyi Aparatının rəhbərinin müavinləri
Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin rəisi
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyinin direktoru
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Borcunun və Maliyyə
Öhdəliklərinin İdarə Edilməsi Agentliyinin direktoru
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Müəssisələrinin Monitorinqi Agentliyinin direktoru